Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yeddi gözəl (film, 1982)

Məzmun
Saray münaqişələri, lirik duyğular, xeyirlə şərin mübarizəsi filmin süjetinin mayasını təşkil edir. Hadisələrin mərkəzində isə Aişə(Nataliya Bolşakova), Bəhram(Vadim Qulyayev) və Vəzir(Qali Abaydulov) obrazları durur.

Film haqqında
Kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri və Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri çıxış edirlər.
Kino əsəri SSRİ xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Qara Qarayevin parlaq xatirəsinə həsr olunmuşdur.
Bu kinolent milli kino tariximizdə ilk film-baletdir.
Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir.
Film Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkilmişdir.

Filmin heyəti

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Nizami Gəncəvi, Qara Qarayev
Bəstəkar : Qara Qarayev
Librettonun Müəllifi : Rəfiqə Axundova, Maqsud Məmmədov
Xoreoqrafiyanın Müəllifi : Rəfiqə Axundova, Maqsud Məmmədov
Ssenari müəllifi : Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov
Quruluşçu rejissor : Feliks Slidovker
Quruluşçu operator : Aleksandr Tafel
Quruluşçu rəssam : Elbəy Rzaquliyev, Rafiq Nəsirov, Arif Məhərrəmov
Geyim rəssamı : Toğrul Nərimanbəyov
Çalır : SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri
Dirijor : Rauf Abdullayev
Səs operatoru : Vladimir Savin
Konsertmeyster : İ. Brodov
Musiqi redaktoru : Mobil Babayev
Rejissor : Q. Səlimov
Operator : S. İsmayılov
Qrim rəssamı : Firuzə İsmayılova
İşıq Ustası : M. Rəhmanov
Rejissor Assistenti : T. Mustafayeva
Operator assistenti : Abbas Rzayev (II)
Rəssam assistenti : Y. Kirşner
İnzibatçı : İ. Muşailov, R. Ağayev
Redaktor : Nadejda İsmayılova
Filmin direktoru : Aydın İmrani

Rollarda
Nataliya Bolşakova(Natalya Bolşakova kimi)-Aişə
Vadim Qulyayev-Bəhram
Qali Abaydulov-Vəzir
Vera Nekrasova-Gözəl
Tamilla Məmmədova-Gözəl
Valentina Zeynalova-Gözəl
Svetlana Antoniçeva-Gözəl
İrina Yelizarova-Gözəl
Lidiya Brodova-Gözəl


Tarix: 17.02.2013 / 17:29 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 235 Bölmə: Filimler
loading...