Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

İntizar (film, 1970)

Məzmun
Burada 1920-ci ilin inqilabi hadisələrindən, gənclərin bu hadisələrdə iştirakından, ana ürəyinin kövrəkliyindən və genişliyindən bəhs olunur.
Güclü və zəngin daxili aləmə malik olan ana oğlundan ayrı düşməsinə, sonra onu itirməsinə mərdliklə dözür, özgə oğlan uşağını oğulluğa götürür. İnanır ki, bu uşaq vaxt gələcək onun oğlunu əvəz edəcək, oğluna layiq övlad olacaq. Ana həmin uşağı öz oğlu kimi cəsur, namuslu və xeyirxah bir insan kimi böyüməsinə çalışır.

Film haqqında
Film yazıçı Ənvər Məmmədxanlının "Ananın Çırağı" hekayəsi əsasında ekranlaşdırılmışdır.
Film rejissor Tofiq İsmayılovun diplom işidir.

Film üzərində işləyənlər
Əsərin Müəllifi : Ənvər Məmmədxanlı
Quruluşçu rejissor : Tofiq İsmayılov
Ssenari müəllifi : Tofiq İsmayılov
Quruluşçu operator : İqor Boqdanov
Quruluşçu rəssam : Məmməd Hüseynov
Bəstəkar : Fərəc Qarayev
Səs operatoru : Akif Nuriyev

Rollarda
Leyla Bədirbəyli-Ana
Şahmar Ələkbərov-Oğul


Tarix: 15.02.2013 / 19:57 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 210 Bölmə: Filimler
loading...