Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Maniçilik

Maniçilik – Erkən Orta əsrlərdə İran, Orta Asiya, Əfqanıstan və qismən də Azərbaycanda yayılmış içtimai-sosial hərəkat.

Maniçiliyin banisi Mani (216 – 274 və ya 276) Şərq ölkələrində rəssam kimi məşhur oluş və Mani Nəqqaş adı ilə tanınmışdır. Manilik təlimi Sasanilərin hakimiyyətinin ilk dövründə İranda, Orta Asiyada və digər ölkələrdə Atəşpərəstlik dininə qarşı çevrilmiş geniş dini hərəkat idi.

Hələ cavanlığında Şərqi İran və Hindistanda olmuş Mani brahmanizm, buddizm, Orta Asiyanın şaman ayinləri ilə tanış olaraq, tərkibində xristianlığın, buddizmin, brahmənizmin, zərdüştiliyin, Ön Asiya qnostisizminin elementləri olan çox sinkretik təlimin əsasını qoymuşdu.

Maninin təlimində bütün dinlərin vahid bir dinlə əvəz edilməsi meyli var idi. 243-cü ildə Şahənşah I Şapur tərəfindən qəbul edilən Mani özünün "Şapurakan" ("Şapurun kitabı") əsərini ona təqdim etdi.

Manilik dini təlimində qədim yunan fəlsəfəsinin, eyni zamanda Babilistanın qədim dini əqidələrinin də təsiri görünür. Mani təlimi tərəfdarları xalqı hakim təbəqənin dəbdəbəsinə və zənginliyinə qarşı çıxış etçəklə bərabər, eyni zamanda zahidliyə, nigahsızlığa və fəal həyata da dəvət edirdilər. Hakim təbəqənin nümayəndələri tərəfindən Mani təliinin amansız surətdə təqib edilməsinə baxmayaraq bu dini cərəyan sürətlə, xüsusən şəhər əhalisi arasında geniş yayılırdı.

Manilik yeni bir dini cərəyan kimi meydana gəldikdə bir sıra xalqlar tərəfindən rəğbətlə qarşılanmışdır. Lakn maniliyin bütün dinlərdən iqtibaslar etməsinə baxmayaraq, onun tərəfindən yaranmış dini anlayış heç də özündən əvvəlki dini ayinlərin təkrarı deyil, əsas baş xətti və ideologiyası şəxsən Maninin özü tərəfindən yaradılmışdı.

Maniliyin əsasını iki qüvvə: xeyir-şər və yaxud nur zülmət təşkil edirdi. Maniçilərə görə həqiqətdə iki böyük nur və zülmət tanrıları mövcuddur.

Mani tərəfindən yaradılan yeni din yüksək zümrələrin ağalığına, dünyəvi və dini başçıların istismarına qarşı xalq kütlələrinin etirazını əks etdirirdi. Möhkəm və nizamlı təşkilatı olan maniçilik kilsəsinin ayrı-ayrı ölkələrdə çoxlu təbliğatçısı – missioneri var idi. Maniçilər tərki-dünyalığı və nikahsızlığı təbliğ edirdilər. I Bəhramın dövründə (273-276) maniçilərin təqibi başlandı. Mani təlimi bir çox dini cərəyanlara, o cümlədən V-VI əsrlərdə yayılmış məzdəkilər hərəkatına, daha sonralar X əsrdə Bolqarıstanda meydana çıxmış, Kiçik Asiya və Balkanlarda yayılmış xristian bidətçiləri -boqomillərə, XII-XIII əsrlərdə Fransanın cənubunda meydana çıxmış albiqoylulara, həmçinin pavlikianlara güclü təsir etdi.

Bu hərəkat və məzhəblər ümumi təmayüllərinə görə seçilirdilər: kilsə ayinlərinin sadələşdirilməsi, bərabərliyin təlqin edilməsi və bunun nəticəsi olaraq istismara və feodal torpaq sahibliyinə qarşı mübarizə.


Tarix: 05.03.2013 / 13:38 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 845 Bölmə: Dunya ve tarixi
loading...