beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qara Əhməd Paşa

Qara Əhməd Paşa - Qanuni Sultan Süleyman səltənəti dövründə (1553-1555) Osmanlı dövlətinin Sədrəzəmi.

Alban yığmalarından olub, sarayda yetişmişdir. Qapıçıbaşı olaraq çölə çıxıb sonra yeniçəri ağası, Rumeli Bəylərbəyi olmuş və ikinci vəzir ikən 27 İyul 1552-ci ildə Temeşvarı zəbt etmişdir. Qara Əhməd Paşa, Osmanlı tarixində Temeşvar Fatehi olaraq tanınmış qiymətli bir şəxsdir. Ayrıca, Macarıstan və İran səfərlərində və Gürcüstanın zəbtində böyük xidmətləri olmuşdur. Yavuz Sultan Səlimin qızı Fatma Sultan ilə evlənmişdir.

İkinci vəzir olaraq Şərqi Anadolu və Gürcüstan tərəflərində fəthlərdə olmuşdur. Ərzincan Kemahda İranlıları böyük bir məğlubiyyətə uğratdı (1549). Sokullu Məhməd Paşanın yerinə Macarıstan sərdarlığına gətirildi (1552). Tımaşvarı aldı. Əyri Qalasını mühasirə etdi ancaq də ala bilmədi. Sülh bağlayıb Qanuni Sultan Süleymanla birlikdə İran Səfərinə qatıldı (1553).

1553-cü ildə Kürəkən Rüstəm Paşanın sədrəzəmlikdən azad edilməsindən sonra vəzirəzəm təyin edildi. 1555-ci ildə səfər dönüşündə Rüstəm Paşanın təkrar sədrəzəmliyə gətirilə bilməsi üçün qışqırdılan padşahın fərmanıyla günahkar görülərək bir divan yığıncağı sonrasında ərz otağı qarşısında edam edildi.

Topkapıda qiymətli çinilərlə bəzəkli olan məscid özünün olub vəfatından az əvvəl inşa etdirməyə başlamış amma tamamlanmasını görə bilməmişdir. Özü məscidin yanında dəfn edilmişdir.


Tarix: 03.03.2013 / 16:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 257 Bölmə: Dunya ve tarixi