beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mark Avreli

Mark Avreli (* 26 aprel, 121 – † 17 mart, 180) — Roma imperatoru (161-180), filosof. İlk vaxtlar imperiyanı Lusi Verlə birgə idarə etmişdir. Parfiyalılar (162-166), german və sarmatlarla (166-180, Markoman müharibəsində) hərblər aparmışdır. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür.Mündəricat
1 Həyatı
1.1 Ailəsi və uşaqları
1.2 İmperatorluğu
1.3 Filosof Mark Avreli
1.4 Ölümü və adına ehtiram
1.5 Nerva-Antonin sülaləsinin zaman xətti
2 Istinadlar
3 Mənbə
4 Xarici keçid


Həyatı

[1]139 cu ildə atası vəfat etdikdən sonra imperator Antonin Piy tərəfindən oğulluğa götürüldükdən sonra Mark Avreli Ver Sezar adlandırılmağa başlanmışdır.[2] Gözəl təhsilə yiyələnmiş Avreli fəlsəfəyə və təsviri sənətə böyük maraq göstərmişdir. Dioqnetin, şagirdi olan Avreli fəlsəvi görüşlərinə görə məhz quru taxt üzərində yatar və üstünü heyvan dərisi ilə örtərmiş. Bacarığına görə gənc olmasına baxmayaraq Adrianın vəfatından yarım il sonra 5 dekabr 138 ci ildə kvestor vəzifəsinə irəli çəkilərək karyerasına inzibati idarəçiliklə başlamışdır. Elə həmin il Antonin Piyin qızı ilə nişanlandıqdan sonra tax-taca varislik əldə edir. 140 ci ildə konsul və sezar elan edilir. 146 cı ildə Antonin Piy Mark Avreliyə konsul kimi dövləti idarə etmək hüquq verir. 1 yanvar 161 ci ildə qardaşlığı Lusi ver ilə birlikdə üçüncu dəfə konsul kimi dövləti idarə edir. 169 cu ildən Lusi Verin ölümündən sonra dövləti təkbaşına idarə edir.

Ailəsi və uşaqları

Avreli, 145 ci ildə Gənç Faustina ile evlənmiş və 30 illlık evliliyi boyunca Faustinadan 13 uşağı olmuşdur:
Annia Avrelia Qaleria Faustina (147- 165)
Annia Avrelia Qaleria Luçilla (148/50-181) Lusi Verin həyat yoldaşı
Luçillanın Gemellus Lucilla adında bir ikizi vardır (149-150)
Tit Aeli Antonin (150, 7 Mart 161)
Tit Aeli Avreli (150, 7 Mart 161)
Adrian (152, 7 Mart 161)
Domitia Faustina (150, 7 Mart 161)
Fadilla (159, 192)
Annia Kornifiçia Faustina Minor (160, 211-217)
Tit Avreli Fulv Antonin (161-165)
Kommod (161-192)
Markus Annius Verus Caesar (162-169)
Vibia Avrelia Sabina (170-217)

İmperatorluğu

Atası kimi senata və onun üzvlərinə hörmət yanaşarmış. Məhkəmə işinə böyük diqqət verərmiş. Bir çox köhnəlmiş qanunları bərpa etmişdir. Afinada dörd fəlsəfə kafedrası yaradaraq, professorları dövlət himayəsinə götürmüşdür. Bir çox döyüş və hərbi yürüşlərdə şəxsən iştirak etmişdir. 166 cı ildə məğlubiyyətdən sonra Parfiya ilə sülh bağlamağa məcbur olur. Həmin il Roma germanların Dunay çayı boyu hücumları, vandallara qarşı müharibə, şimali Misir üsyanına baxmayaraq 178ci ildə germanlara qarşı müharibədə böyük uğurlar qazanır, lakin imperiya qoşunlarını yoluxucu xəstəlik taun epidemiyası bürüyür. Daimi müharibələr imperiyanı zəiflətmiş, epidemiyaya və əhalinin dilənçiləşməsinə səbəb olmuşdu.

Mark Avreli sütunu

Filosof Mark Avreli

Alman dilinə tərcümə olunmuş Selbstbetrachtungen ("Özü ilə təklikdə" ) əsəri, Hamburq 1727

Filosof Maksim Klavdi Mark Avrelinin müəllimi olmuşdur. Mark avreli özündən sonra yunan dilində yazmış olduğu 12 fəlsəfi qeydlər kitabını miras qoymuşdur. Stoisizmin ardıcıllarından olan Mark Avreli fəlsəfədə ("Özü ilə təklikdə" əsəri) əxlaqi kamilliyi təbliğ etmiş, siyasi quruluşu təkmilləşdirməyin qeyri-mümkünlüyü ideyasını irəli sürmüşdür. Mark Avrelinin xarakterində hünər və məyusluq hissləri bir-birini tamamlayır. Onun antimaterialist baxışlarının mərkəzində insanın öz cisminə canı və ruhu ilə şəxsi əqidəsi, hünəri, alicənablığı hesabına yiyələnməsi, kimi fikirlər durur.

Ölümü və adına ehtiram

Mark Avrelinin silahdaşları onun xəstə halına acıyıb ağlayarkən, üzünü onlara tutub deyir: " Niyə mənim halıma acıyıb ağlayırsınız, siz ona ağlayın ki bu taun hamımızı məhv edəcək." 17 mart 180 ci ildə Vindobon (müasir Vyana) deyilən yerdə taundan vəfat edir. Mark Avreli (külü) Adrian məqbərəsində indiki Müqəddəs Ancelo qəsrində dəfn edilmişdir. Onun ölümündən sonra həmin dövrü antik tarixi ənənəyə görə "Qızıl əsr" özünü isə tax-taclı filosof adlandırırdılar. Senat onun şərəfinə ölümündən sonra Romada hal-hazırda it. Piazza Colonna adlanan meydanda "Şərəf sütunu" (Mark Avreli sütunu) qoydurtmuşdur. Obrazı "Qladiator" filmində istifadə edilmişdir.


Tarix: 05.03.2013 / 13:12 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 530 Bölmə: Dunya ve tarixi