beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Həyatından bezmiş və ümidini itirmiş xəstənin duası

(1)- ( اللَّهُمَّ اغْفِرْ ليِ ، وَارْحَمْنيِ ، وَأَلْحِقْنيِ بِالرَّفِيقِ اْلأَعْلَى )
«Allahummə-ğfirli varhamni va-l-hiqni bi-r-rafiqi-l-ələ» (Allahım! Məni bağışla, mənə rəhm et, məni ən uca dosta (Allaha) qovuşdur)

(2)- (لاَ إِلَهَ إِلاَّ اللهُ ، إِنَّ لِلْمَوْتِ لَسَكَرَاتٍ )
Peyğəmbər (s.a.v.) əllərini suya salıb üzünü silərək deyirmiş: «Lə iləhə illə-l-lahu innə lilmauti ləsəkərat»
(Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, həqiqətən ölümün öz (can vermə) ağrıları var imiş)

(3)- ( لاَ إِلَهَ إِلاَّ اللهُ وَاللهُ أَكْبَرُ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَحْدَهُ لاَ شَرِيكَ لَهُ، لاَ إِلَهَ إِلاَّ اللهُ لَهُ الْمُلْكُ وَلَهُ الْحَمْدُ، لاَ إِلَهَ إِلاَّ اللهُ وَلاَ حَوْلَ وَلاَ قُوَّةَ إِلاَّ بِاللهِ )
«Lə iləhə illə-l-lah, va-l-lahu əkbər, lə iləhə illə-l-lah vahdəhu, lə iləhə illə-l-lah vahdəhu lə şərikə ləhu, lə iləhə illə-l-lah ləhu-l-mulku va ləhu-l-həmd, lə iləhə illə-l-lah va lə haulə va lə quvvatə illə billəh»
(Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Allah hər şeydən üstündür, böyükdür. Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. O, Təkdir. Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, O Təkdir, Onun şəriki yoxdur. Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, mülk və həmd Ona məxsusdur. Allahdan başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur, qüvvət ancaq Uca olan Allaha məxsusdur).

(1) əl-Buxari, 7/10; Müslim, 4/1893.
(2) əl-Buxari, izahlı nəşri, 8/144.
(3) ət-Tirmizi və İbn Macə; əl-Əlbani onu səhih hesab etmişdir. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/152; İbn Macə, dəqiq. nəşri, 2/317.


Tarix: 07.05.2013 / 20:06 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 127 Bölmə: Dualar