beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Səfərə çıxarkən edilən dua

(اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، اللهُ أكْبَرُ، { سُبحَانَ الَّذِي سَخَّرَ لَنَا هَذا وَمَا كُنَّا لَهُ مُقْرِنِينَ وَإِنَّا إلى رَبِّنَا لَمُنقَلِبُونَ } اللَّهُمَّ إنَّا نَسألُكَ فِي سَفَرِنَا هَذَا البِّرَ والتَّقوَى وَمِنَ العَمَلِ مَا تَرضَى، اللَّهمَّ هَوِّنْ عَلَينَا سَفَرِنَا هَذَا واطْوِ عَنَّا بُعدَهُ، اللَّهمَّ أنْتَ الصَّاحِبُ في السَّفَرِ والخَلِيفَةُ في الأهِلِ، اللَّهمَّ إنِّي أعُوذُ بِكَ مِن وَعَثَاءِ السَّفَرِ، وكَآبَةِ المنَظَرِ، وسُوءِ المُنقَلَبِ فِي المَالِ والأهْلِ )
«Allahu əkbər, Allahu əkbər, Allahu əkbər! [* Subhanə-l-ləzi səxxara lənə həzə va mə kunnə muqrınin * Va innə ilə rabbinə ləmunqalibun] (*) Allahummə innə nəsəlukə fi səfərinə həzə-l-birra va-t-təqva va minə-l-aməl mə tərda, Allahummə həvvın aleynə səfəranə həzə vatvı annə budəhu, allahummə əntə-s-sahibu fi-s-səfəri va-l-xəlifətu fi-l-əhli, Allahummə inni əuzu bikə min vasəi-s-səfəri, va kəəbəti-l-mənzari va sui-l-munqaləbi fi-l-məli va-l-əhli»

(Allah hər şeydən üstündür, böyükdür. Allah hər şeydən üstündür, böyükdür. Allah hər şeydən üstündür, böyükdür. [* Bunları bizə ram edən Pak və Nöqsansız Allahdır. Bizim onlara gücümüz çatmazdı. * Həqiqətən, biz Rəbbimizin yanına qayıdacağıq] Allahım, bu səfərimizə Səndən möminlik və Allah qorxusu, Sənin razı qaldığın işləri görməyimizi diləyirik. Bu səfərimizi bizim üçün rahat et, onun uzaqlığını bizə bildirmə. Allahım, səfərdəki adamın özünə yoldaş, ailəsinə hami Sənsən. Allahım, yol yorğunluğundan, kədərli mənzə¬rədən, mal və ailədə pis hadisədən Sənə sığınıram).

Qayıdanda da eyni sözləri demək və əlavə etmək lazımdır
(آيِبُونَ تَائِبُونَ عَابِدُونَ لِرَبِنَا حَامِدُونَ )
«Əyibunə, təibunə, abidunə, lirabbinə hami¬dunə» (Evimizə qayıdırıq, tövbə, ibadət və öz Rəbbimizə həmd edənlərdənik)


Tarix: 06.05.2013 / 19:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 84 Bölmə: Dualar