beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yetkinlik yaşına çatmamış uşaq üçün qılınan meyit namazında oxunan dua

(1)- ( اللَّهُمَّ أَعِذهُ مِنْ عَذَابِ القَبْرِ )
«Allahummə əizhu min azəbi-l-qabri» (Allahım, onu qəbir əzabından qoru). Bunu da desə yaxşı olar:
( اللَّهمَّ اجْعَلْهُ فَرَطًا وذُخرًا لوَالِدَيهِ وَشَفِيعًا مُجَابًا، اللَّهمَّ ثَقِّلْ بِهِ مَوَازِينِهِمَا وأعظِم بِهِ أُجُورَهُمَا وألحِقْهُ بِصَالِحِ المؤمِنينَ واجْعَلْهُ فِي كَفَالَةِ إبْرَاهِيمَ وَقِهِ بِرَحْمَتِكَ عَذَابَ الجَحِيمِ )
«Allahummə-c’alhu fəratan va zuxran livalideyhi va şəfi’an mucəbən. Allahummə səqqil bihi məvazinəhumə va ə’zım bihi ucurahumə va alhiqhu bisalihi-l-mu’minin vac’alhu fi kəfələti İbrahim vaqıhi birahmətikə azəbə-l-cəhim va əbdilhu dəran xeyran min dərihi va əhlən xeyran min əhlihi. Allahummə-ğfir li əsləfinə va əfratınə va mən səbəqanə bi-l-imən»
(Allahım, elə et ki, o valideyinlərini Cənnətdə qabaqlasın, onlar üçün ehtiyat və havadar olsun, onu onlar üçün duasına cavab verilən vasitəçi et. Allahım, onunla onların (valideyinlərinin) çəkisini ağır et, mükafatlarını böyük et, onu əməlisaleh möminlərdən et, onu İbrahimin zəmanəti altına al, Öz mərhəmətinlə onu Cəhənnəm əzabından qoru).

(2)- ( اللَّهمَّ اجَعَلْهُ لَنَا فُرطًا وَسَلَفًا وَأجْرًا )
«Allahummə-calhu lənə fəratan va sələfən va əcran» (Allahım, onu valideyinlərini Cənnətdə qabaqla¬yan et və bizim üçün sələf və mükafat et)

(1) Şeyx Əbdüləziz ibn Abdulla ibn Baz. «əd-Dürus əl-mühimmə li ammət əl-ümmə», səh. 15.
(2) əl-Bəğəvi. «Şərh əs-sünnə» («Sünnənin şərhi»), 5/357.


Tarix: 06.05.2013 / 19:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 66 Bölmə: Dualar