Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Peyğəmbərimiz (sav) dili ilə müstəcəb dualar( ıı hissə)

1- ((اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ زَوَالِ نِعْمَتِكَ، وَتَحَوُّلَ عَافِيَتِكَ وَفُجَاءَةِ نِقْمَتِكَ وَجَمِيعِ سَخَطِكَ ))
[Allahummə inni ə‘uzu bikə min zəvali ni‘mətikə va təhəvvuli ‘əfiyətikə va fucə‘əti niqmətikə va cəmi‘ səxatikə]
«Allahım! Nemətinin dayanmasından, bəxş etdiyin salamatlığın dəyişməsindən, qəfil intiqamından və bütünlüklə qəzəbindən Sənə pənah aparıram».
(Müslim, 4/2097.)

2-((اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ الْعَجْزِ وَالْكَسَلِ, وَالْجُبْنِ وَالْبُخْلِ وَالْهَرَمِ وَعَذَابِ الْقَبْرِ، اللَّهُمَّ آتِ نَفْسِى تَقْوَاهَا, وَزَكَّهَا أَنْتَ خَيْرُ مَنْ زَكَّاهَا. أَنْتَ وَلِيُّهَا وَمَوْلاَهَا، اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنْ عِلْمٍ لاَ يَنْفَعُ, وَمِنْ قَلْبِ لاَ يَخْشَعُ وَمِنْ نَفْسٍ لاَ تَشْبَعُ وَمِنْ دَعْوَةٍ لاَ يُسْتَجَابُ لَهَا ))
[Allahummə inni ə‘uzu bikə minə-l-aczi va-l-kəsəli va-l-cubni va-l-buxli va-l-hərami va ‘azəbi-l-qabri. Allahummə ə’ti nəfsi təqvə’hə va zəkkihə əntə xayru mən zəkkəhə əntə vəliyyuhə va məulə’hə. Allahummə inni ə‘uzu bikə min ‘ilmin lə yənfə‘ va min qalbi lə yəxşə‘ va min nəfsin lə təşbə‘ va min də‘vətin lə yustəcə’bu ləhə]
«Allahım! Acizlikdən, tənbəllikdən, qorxaqlıqdan, qocalıq dərdindən, paxıllıqdan və qəbr əzabından Sənə sığınıram. Allahım! Nəfsimi təqvalı et və onu təmizə çıxart! Sən onu təmizə çıxaranların ən xeyirlisisən. Sən nəfsimin qəyyumu və hamisisən! Allahım! Faydasız elmdən, təslim olmayan qəlbdən, doymaz nəfsdən və eşidilməyən duadan Sənə sığınıram».
(Müslim, 4/2088.)

3-(( اللَّهُمَّ اهْدِنِى وَ سَدِّدْنِى, اللَّهُمَّ إنِّى أسْألُكَ الْهُدَى وَالسَّدَادَ ))
[Allahummə ihdini va səddidni. Allahummə inni əs`əlukə əl-hudə va əs-sədə‘d]
«Allahım! Məni haqq yoluna yönəlt və mənim səhvlərimi düzəlt! Allahım! Səndən hidayət və düzgünlük istəyirəm».
(Müslim, 4/2090.)

4-(( اللَّهُمَّ إِنِّى أَعُوذُ بِكَ مِنَ شَرِّ مَا عَمِلْتُ, وَمِنْ شَرِّ مَا لَمْ أَعْمَلْ ))
[Allahummə inni ə‘uzu bikə min şərri mə amiltu va min şərri mə ləm ə‘məl]
«Allahım! Etdiyim və etmədiyim əməllərin şərindən Sənə sığınıram».
(Müslim, 4/2085)

5-(( اللَّهُمَّ أكْثِرْ مَالِى, وَوَلَدِى, وَبَارِك لِىفِيمَا أعْطَيْتَنِى )) (( [وَأَطِلْ حَياَتِي عَلَي طَاعَتِكَ وَأَحْسِنْ عَمَلِى ] وَاغْفِرْلِى ))
[Allahummə əksir məli, va valədi, va bərik li fimə ə`ataytəni [va atıl həyəti alə taətikə va əhsin əməli] vağfirli]
«Allahım! Mal-dövlətimi və övladlarımı çoxalt və mənə bəxş etdiklərini bərəkətli et! [Ömrümü Sənin itaətinlə keçirməklə uzat və əməlimi gözəlləşdir!] Mənim günahlarımı bağışla!».
(Buxari, 7/154; Müslim, 4/1928,Buxari, 653)

6-(( اللَّهمَّ رَحْمَتَكَ أَرْجُو فَلاَ تَكِلْنِى اِلَى نَفْسِى طَرْفَةَ عَيْنٍ, وَأَصْلِحْ لِى شَاْنِى كُلَّهُ, لاَ اِلَهَ اِلاَّ أَنْتَ ))
[Allahummə rahmətəkə ərcu fələ təkilni ilə nəfsi tarfətə aynin, va aslih li şə‘ni kulləhu, lə iləhə illə ənt]
«Allahım! Sənin mərhəmətini diləyirəm. Bir göz qırpımına belə məni öz ixtiyarıma buraxma və bütün işlərimi sahmana sal. Səndən başqa ibadətə layiq haqq məbud yoxdur»
(Əbu Davud, 4/324; Əhməd, 5/42)


Tarix: 06.05.2013 / 19:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 172 Bölmə: Dualar
loading...