beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bağışlanma diləmək və tövbə etmək

(1)- «Peyğəmbər (s.a.v.) demişdir:
«Allaha and olsun ki, mən gündə yetmiş dəfədən artıq Allahdan bağışlanma diləyir və Onun qarşısında tövbə edirəm».

(2)- Peyğəmbər (s.a.v.) demişdir:
«Ey insanlar! Allah qarşısında tövbə edin! Mən Onun qarşısın¬da gündə yüz dəfə günahlarımın bağışlanmasını diləyirəm».

(3)- Peyğəmbər (s.a.v.) demişdir: "Kim:
( استَغفِرُ اللهَ الّذِي لاَ إلَهَ إلاَّ هُوَ الحيُّ القَيوم وأتُوبُ إليَهِ )
"Əstəğfiru-l-lahə-l-ləzi lə iləhə illə huva-l-hayyu-l-qayyum va ətubu ileyhi"
(Ondan başqa ibadətə və itaətə layiq haqq məbud olmayan diri və əbədi Allahdan bağışlanmamı diləyir, Onun qarşısında tövbə edirəm) – desə, döyüş meydanından qaçmış olsa belə, Allah onun günahını bağışlayar».

(4)- Peyğəmbər (s.a.v.) demişdir:
«Rəbbin bəndəyə ən yaxın olduğu vaxt gecənin son qaranlıq çağıdır. Həmin vaxt Allahı zikr edənlərdən olmağı bacarsan, ol».

(5)- Peyğəmbər (s.a.v.) demişdir:
«Öz Rəbbinə ən yaxın bəndə səcdə vəziyyətində olan bəndədir. Bu vəziyyətdə çoxlu dua edin».


(1) əl-Buxari, izahlı nəşri, 11/101.
(2) Müslim, 4/2076.
(3) Əbu Davud, 2/85; ət-Tirmizi, 5/569, və əl-Hakim. So¬nuncu bu hədisin səhih olduğunu demiş, əz-Zəhəbi də (1/511) onunla razılaşmışdır; əl-Əlbani də bu hədisi səhih hesab etmişdir. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/182; «Cami əl-üsul li əhadis ər-Rəsul (s.s)», əl-Arnaut tərəfindən tədqiq olunmuş nəşri, 4/389-390.
(4) ət-Tirmizi, ən-Nəsai (1/279) və əl-Hakim. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/183; «Cami əl-üsul», əl-Arnaut tərəfindən tədqiq olunmuş nəşri, 4/144.
(5) Müslim, 1/350.


Tarix: 06.05.2013 / 18:59 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 116 Bölmə: Dualar