beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Məclis kəffarəsi (Kəffarə – günahın yuyulması) duası

(1)-(سُبحَانَكَ اللَّهمَّ وبحمدِكَ أشْهَدُ أنْ لاَ إلَهَ الاَّ أنْتَ اسْتَغْفِرُكَ وأتُوبُ إلَيكَ )
«Subhanəkə-l-lahummə va bihəmdik, əşhədu ən lə iləhə illə ənt, əstəğfirukə va ətubu ileyk»
(Nöqsansız və həmd sahibi Allahım! Şəhadət verirəm ki, Səndən başqa ibadətə və itaətə layiq haqq məbud yoxdur. Səndən bağışlanma diləyirik və Sənə tövbə edirik).

(2)- – Aişənin (r.a) belə dediyi rəvayət olunur: «Elə bir məclis olmazdı ki, Rəsulullah (s.a.v) orada Qur’an oxuyarkən və namaz qılarkən nitqini hökmən eyni sözlərlə bitirməsin. Bir dəfə mən soruşdum: "Ya Rəsulullah, görürəm ki, hər hansı məclisdə oturanda Qur’an oxuyarkən və salavat çevirərkən nitqini yalnız bu sözlərlə tamamlayırsan". Dedi: "Belə ki, məclisdə kim xeyir söz danışsa, ona xeyirə uyğun möhür vurular; kim şər söz danışsa, günahını yumaq üçün kəffarəsi olar"».

(1) Əbu Davud, ən-Nəsai, ət-Tirmizi, İbn Macə. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/153.
(2) Bu çıxarışı ən-Nəsai «Əməl əl-yövm və əl-leylə»də (səh. 273) və imam Əhməd «əl-Müsnəd»də (6/77) rəvayət etmişlər. Doktor Faruq Həmadə demişdir ki, onun isnadı səhihdir


Tarix: 06.05.2013 / 19:11 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 99 Bölmə: Dualar