beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vitr namazında qunut duası

(1.)-( اللَّهُمَّ اهْدِنِي فِيمَنْ هَدَيْتَ، وَعَافِنيِ فِيمَنْ عَافَيْتَ، وَتَوَلَّنيِ فِيمَنْ تَوَلَّيْتَ، وَبَارِكْ ليِ فِيمَا أَعْطَيْتَ، وَقِنيِ شَرَّ مَا قَضَيْتَ، فَإِنَّكَ تَقْضِي وَلاَ يُقْضَى عَلَيْكَ، إِنَّهُ لاَ يَذِلُّ مَنْ وَالَيْتَ، [وَلاَ يَعِزُّ مَنْ عَادَيْتَ،] تَبَارَكْتَ رَبَّنَا وَتَعَالَيْتَ )
«Allahummə-h-dini fimən hədeytə, va afini fimən afeytə, va təvalləni fimən təvalleytə, va bərik li fimə əteytə, va qıni şərri mə qadeytə, fə innəkə təqdı va lə yuqda aleykə, innəhu lə yəzillu mən valeytə, [va lə yəizzu adeytə] təbəraktə rabbənə va təaleytə»

(Allahım! Mənə də hidayət ver, necə ki başqalarına hidayət vermisən, bütün pisliklərdən xilas et, necə ki başqalarını xilas etmisən, mənə qayğıkeşlik et, necə ki başqalarına Qayğıkeşsən. Verdiyini mənim üçün bərəkətli et. Sənin qərarı¬nın şərindən Sənə sığınıram. Şübhəsiz, yalnız Sən hökm verənsən və hökm edilməzsən. Kimi dost etsən, o hörmətdən düşməz. [Kimi düşmən etsən, o əsla bəyə¬nilməz.] Mübarəksən Rəbbimiz və Ucasan).

(2)- (اللَّهُمَّ إِنِّي أَعُوذُ بِرِضَاكَ مِنْ سَخَطِكَ ، وَبِمُعَافَاتِكَ مِنْ عُقُوبَتِكَ ، وَأَعُوذُ بِكَ مِنْكَ ، لاَ أُحْصِي ثَنَاءً عَلَيْكَ ، أَنْتَ كَمَا أَثْنَيْتَ عَلَى نَفْسِكَ )
«Allahummə inni əuzu biradıkə min səxatikə, va bimuafətikə min uqubətikə, va əuzu bikə minkə, lə uhsı sənəən aleykə, əntə kəmə əsneytə alə nəfsikə» (Allahım! Qəzəbindən sonra razılığına, cəzandan sonra bağışlanmağına sığınıram. Səndən Sənə sığınıram. Saysız-hesabsız tərif Sənədir. Sən özünü tərif etdiyin kimi heç kəs tərif edə bilməz).

(3)- ( اللَّهُمَّ إِيَّاكَ نَعْبُدُ، وَلَكَ نُصَلِّي وَنَسْجُدُ، وَإِلَيْكَ نَسْعَى وَنَحْفِدُ، نَرْجُو رَحْمَتَكَ، وَنَخْشَى عَذَابَكَ، إِنَّ عَذَابَكَ بِالْكَافِرِينَ مُلْحَقٌ. اللَّهُمَّ إِنَّا نَسْتَعِينُكَ، وَنَسْتَغْفِرُكَ، وَنُثْنيِ عَلَيْكَ الْخَيْرَ، وَلاَ نَكْفُرُكَ، وَنُؤْمِنُ بِكَ، وَنَخْضَعُ لَكَ، وَنَخْلَعُ مَنْ يَكْفُرُكَ )
«Allahummə iyyəkə nəbudu, va ləkə nusalli va nəscudu, va ileykə nəsa va nəhfidu, nərcu rahmətəkə, va nəxşə azəbəkə, innə azəbəkə bi-l-kəfirinə mulhaqun. Allahummə innə nəstəinukə va nəstəğfirukə va nusni aleykə-l-xeyra va lə nəkfu¬rukə, va numinu bikə va nəxdau ləkə, va nəxləu mən yəğfurukə» (Allahım, ancaq Sənə ibadət edirik, Sənin üçün namaz qılırıq və səcdə edirik. Sənə tərəf yönəlirik və tələsirik, rəhmətinə ümid edirik, əzabından qorxuruq. Şübhəsiz, əzabın kafirləri gözləyir. Allahım, Səndən yardım və məğfirət diləyirik. Sənin xeyirini tərifləyirik, Səni inkar etmirik, Sənə iman gətiririk, Sənə tabe oluruq və Sənə küfr edəni tərk edirik).

(1) Əbu Davud, ən-Nəsai, ət-Tirmizi, İbn Macə, Əhməd, əd-Darimi, əl-Hakim, əl-Beyhəqi; mötərizədəki əlavə əl-Beyhəqinin¬dir. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 1/144; İbn Macə, dəqiq. nəşri, 1/194; əl-Əlbani. «İrva əl-ğəlil», 2/172.
(2) Əbu Davud, ən-Nəsai, ət-Tirmizi, İbn Macə və Əhməd. Bax: ət-Tirmizi, dəqiq. nəşri, 3/180; İbn Macə, dəqiq. nəşri, 1/194; «İrva əl-ğəlil», 2/175.
(3)Bu çıxarışı əl-Beyhəqi «əs-Sünən əl-kübra» toplusunda vermiş və isnadını səhih saymışdır, 2/211. Şeyx əl-Əlbani «İrva əl-ğəlil»də (2/170) yazır ki, bu isnad həqiqətən səhihdir, lakin yalnız Ömərə qədər gedib çıxır.


Tarix: 06.05.2013 / 18:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 155 Bölmə: Dualar