beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Basdırmalı-pendirli göbələk dolması resepti

Tərkibi:
500 q göbələk
100 q holland pendiri
50 q basdırma (bu, sırf türk basdırmasıdır, bəyəndiyiniz kolbasa növü ilə əvəz edə bilərsiniz)
1 dəstə cəfəri
2 x.q. kərə yağı
duz
istiot

Hazırlanması:
Göbələklərin ayaqlarını çıxarın. Düzbucaqlı siniyə göbələkləri tərsinə (papaq tərəfi aşağı) düzün. İçinə duz və istiot səpin. Pendiri və basdırmanı kubik şəklində doğrayın. Cəfərini də doğrayıb əlavə edin, qarışdırın.

Bu qarışığı göbələklərin içinə doldurun. Kərə yağını əridib göbələklərin üstünə gəzdirin. Əvvəlcədən 180 dərəcə qızdırılmış sobada bişirin.

Nuş olsun!


Tarix: 25.11.2014 / 14:48 Müəllif: Aziza Baxılıb: 36 Bölmə: Dolmalar