beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Lev Tolstoydan müdrik kəlamlar

Lev Nikolayeviç Tolstoy (1828-1910)-rus yazıçısı və mütəfəkkiri
· Bilməkdən qorxma,səhv bilməkdən qorx!Çünki bütün fəlakətlər ondan baş verir.
· İşıq saça bilmirsənsə,heç olmasa işığın qabağını kəsmə.
· Biliklərin çoxluğu yox,keyfiyyəti əhəmiyyətlidir.Çox şey bilən,ən lazımlı şeyləri bilməyə bilər.

· Sus,ya da susmaqdan da qiymətli söz söylə!
· Bilik o vaxt bilikdir ki,o hafizə gücünə deyil,ağıl gücünə qazanılmışdır.
· Şair həyatında yaxşı nə varsa götürür və öz əsərinə daxil edir.Ona görə onun əsəri gözəl,həyatı isə çirkin olur.

· Söz böyük şeydir.Ona görə böyükdür ki,sözlə insanları birləşdirmək də olur,ayırmaq da,sözlə məhəbbət də qazanmaq olar,ədavət və düşmənçilik də.
· Böyük izlər qoyan böyük fikirlər həmişə sadədir.
· Qorxaq dost düşməndən dəhşətlidir,çünki düşməndən qorunursan,dosta isə ümid bəsləyirsən.
· Sağlam adamın özünü əməkdən azad etməsi cinayətdir.

· Ən yaxşı tərbiyə-yaxşı nümunədir.
· Şagirdlər müəllimlərin səhvləri kimi heç bir şeyi möhkəm yadda saxlamırlar.
· Xoşbəxt olmaq üçün xoşbəxtliyin mümkün olduğuna inanmaq lazımdır.

· Həyatdan qəfil hədiyyələr gözləməkdən əl çək,həyatını özün qur.
· Vicdan-insanların həyatının doğru yol göstəricisidir.
· Sadəlik-mənəvi gözəlliyin əsas şərtidir.
Lev Tolstoy

Mənbə: "Aforizmlər və hikmətli sözlər" kitabı,R.Nəbioğlu

Bu mətn internet aləmində ilk dəfə olaraq yayımlanır.
Mətni əlavə edənin icazəsi olmadan mətndən istifadə etmək qadağandır.


Tarix: 10.12.2014 / 11:26 Müəllif: Aziza Baxılıb: 126 Bölmə: Dahilerin sözleri