beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Steve Cobsun deyimləri

Müştərinizə nə istədiyini soruşub ona görə məhsul çıxara bilməzsiniz, çünki siz onların istədiyini edərkən onlar başqa bir şey istəyəcək. (Steve Jobs)

Həyatımızla əlaqədar seçimlər bizə aiddir, buna görə ən yaxşısı olmaq üçün çalışmalıyıq. (Steve Jobs)


Qəbiristanlıqdakı ən varlı adam olmaq mənim üçün heç nə ifadə etmir. Mənim üçün əhəmiyyətli, gecə yatağıma uzananda "Bu gün mükəmməl iş gördüm"-deyə bilməkdir. (Steve Jobs)

Biz yalnız, əməliyyat sistemlərinə baxdıq və "Bunu daha sadə və daha güclü edə bilərikmi?"-dedik. (Steve Jobs)

Həyat qısadır, düşünürəm yalnız öləndə anlayacağıq bunu. (Steve Jobs)

Mənim işim insanlara yaxşı davranmaq deyil, onları inkişaf etdirməkdir. (Steve Jobs)


Stiv Cobs (Steve Jobs)Bir proyekt ortaya çıxaranda başlanğıcda səhvlər edə bilərsiniz, əhəmiyyətli olan səhvlərinizi müdafiə etmək yerinə tez bir zamanda düzəldə bilməyə çalışmaqdır. (Steve Jobs)

Həyatdakı vaxtınız qısadır, ona görə işə yarayan bir şey etmək üçün xərcləməyiniz çox əhəmiyyətlidir. (Steve Jobs)

Mən bir ildə 250 milyon dollar itirməyin nə demək olduğunu bilən insanlardanam, inanın mənə, xarakterinizi gücləndirən bir hadisə budur. (Steve Jobs)


40 yaşındaykən dünyanı dəyişdirdiyimizi söyləyirlər, amma dəyişmədi, mən 40 yaşına çatdım və hələ dəyişmədi. Doğuluruq, böyüyürük, uşaqlar gətiririk dünyaya və ölürük. (Steve Jobs)

Dünyanı dəyişdirə biləcəyini düşünəcək qədər dəli olan insanlar ancaq dünyanı dəyişdirə biləcək işlər edə bilər. (Steve Jobs)

Dizayn gülməli sözdür. Bəzi insanlar düşünür ki, dizayn onun necə göründüyüdür, amma dərinə getsək, necə göründüyü deyil, necə işlədiyidir. (Steve Jobs)

Pirat olmağa qərar verdinsə, dəniz qüvvətlərinə qatılmaq məntiqsizdir. (Steve Jobs)

Yaradıcılıq, lider olmaq və izləyən olmaq arasındakı fərqdə gizlidir. (Steve Jobs)

Keyfiyyətli bir meyar olun. Bəzi insanlar, mükəmməllik gözlənilən bir mühitdə istifadə edilə bilməz. (Steve Jobs)


Tarix: 10.12.2014 / 12:16 Müəllif: Aziza Baxılıb: 77 Bölmə: Dahilerin sözleri