beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Benjamin Franklindən sitatlar

Ağıllı insanlar başqalarının problem və çətinliklərindən ibrət alırlar, axmaq insanlar isə heç öz səhvlərindən də nəticə çıxarmaq istəmirlər.

Bədənlər qocalsa belə bütün xəstəliklərin qarşısı alına, ya da müalicə edilə bilər. Nəticədə də həyat müddətimiz yüksək standartlarda uzadılar.

Bilgiyə edilən investisiya ən yüksək xeyir gətirər.

Bir bu gün iki sabaha dəyər!

Bir qızın qüsurlarını öyrənmək üçün onu bir qız yoldaşına tərifləyin.

Bir qoyunum və bir inəyim olandan sonra hamı mənə salam verir.

Müdrik bir insan, ədalətli bir şəkildə qazana biləcəyindən, sadə bir şəkildə istifadə edəcəyindən, sevinclə dağıda biləcəyindən və rahatlıqla geridə buraxa biləcəyindən daha çoxunu istəməz.

Bir ölkədə oxumağa qarşı istək artmazsa, qəflət və ondan yaranacaq fəlakətlər azalmaz.

Boş bir çuvalın ayaqda qalması çətindir.

Böyük imperiya — böyük piroq kimidir. Qıraqlardan yemək daha asandır!

Burax bütün insanlar səni tanısın, amma heç kim səni tam olaraq tanımasın. İnsanlar, dayaz yerini gördükləri dərəni asan keçərlər.

Cəsarətli olmayan insan, iti kənarı olmayan bıçağa bənzər.

Dəlilik eyni şeyi təkrar etmək və fərqli nəticə gözləməkdir.

Dünyada ölüm və vergi qədər real bir şey yoxdur.

Düşmənlərinizi sevin, çünki, qüsurlarınızı tək onlar açıqca söyləyə bilər.

Demokratiya, iki qurdla bir quzunun günorta yeməyinə nə yeyəcəyini seçməsidir. Azadlıq isə tam təchizatlı bir quzunun səs verməyə qarşı çıxmasıdır.

Evlənmədən əvvəl gözünüzü dörd açın, evləndikdən sonra birini bağlayın.

Əgər boş vaxtının olmasını istəyirsənsə, vaxtını boş itirmə.

Əgər rahat yatmaq istəyirsənsə yatağına özünlə təmiz vicdan apar!

Ən gözəl dərman istirahət və nəfsdən çəkinməkdir!

Ən yaxşı həkim əksər dərmanların kömək edə bilmədiyini bilən həkimdir!

Əxlaqsızlıq zənginliklə səhər yeməyini yeyir, kasıbçılıqla nahar edir, yoxsulluqla şam edib rüsvayçılıqla yatağa gedir!

Fırıldaqçılar düzgünlüyün bütün üstün cəhətlərini bilsəydilər qazanc xətrinə düzgün insan olardılar!

Fotoşəkilimin pulun üstünə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar.
Fotoşəkilimin pulun ustunə qoyulmasına sevinmişdim. Amma bircə onu arxa ciblərinə qoymayalar.

Görmək asandır, əvvəldən görmək çətindir.

Hər kəsi qınamaq və hər kəsi tərifləmək, ağılsızların edəcəyi şeylərdir.

Həyatı sevirsənsə, vaxtını boşa vermə — çünki həyat vaxtdan ibarətdir.

Həyatın ən böyük faciəsi tez qocalmaq deyil, gec ağıllanmaqdır.

Hansı vəziyyətdə yaşamasından asılı olmayaraq insan hər zaman rahatlıq və narahatlıq tapır!

İnsanlar həmişə qəhrəman ola bilməzlər, amma həmişə insan ola bilərlər.

Kim səni özündən daha çox aldatdı?

Qanunlar hörümçək toruna bənzər, ancaq kiçik ağcaqanadları tutar. Böyük ağcaqanadlar, gözünün qarşısında onu deşib keçər.

Qardaş dost olmaya bilər — amma dost həmişə qardaşdır.

Qadının çatışmayan cəhətlərini bilmək istəyirsənsə, onun rəfiqələrinin yanında onu təriflə.

Qəzəblənmək üçün hər zaman əsas var, lakin səbəb çox azdır.

Qürurlu insan həmişə qürurlu insana nifrət edir!

Müvəqqəti təhlükəsizlik üçün azadlığını fəda edənlər nə azadlığı haqq edər, nə də təhlükəsizliyi.

Öz dişlərimin arasında olmasına baxmayaraq öz dilimə hakim ola bilmirsəm, başqalarının dilinə necə hakim ola bilərəm...

Pul hər şeyi edər deyən adam, pul üçün hər şeyi edən adamdır.

Pul və insan arasındakı qarşılıqlı əlaqəsi belədir: İnsan pulun saxtasını edər, pul da insanın.

Pulun alacağından deyil, pulun alacağı insanlardan qorxun!

Pulun dəyərini öyrənmək istəsəniz, borc almağa çalışın.

Kim səni ozundən daha cox aldatdı?Sülh belə, böyük pulla alınır.

Tanrı, özlərinə kömək edənlərə kömək edər.

Tez yatıb tez qalxmaq, insanı sağlam, varlıqlı və ağıllı edər.

Təcrübə, məktəblərin ən inkişaf etmişidir, o məktəbdə axmaqlar belə bir şeylər öyrənər.

Tənbəllik elə yavaş-yavaş gedir ki, kasıblıq gəlib ona tez çatır.

Üç adam bir sirri saxlaya bilər, əgər ikisi ölübsə.

Ümidini itirmə. Cibindəki son açar, bəlkə də kilidi açacaqdır.

Yaxşı bəhanələr tapmağı bacaranların, başqa şeylər bacara bildiyi çox nadir olaraq görülür.

Zaman böyük bir müəllimdir, amma çox təəssüf ki, bütün şagirdlərini öldürür.

Zamanı gəldiyini düşünəndə oğlunu evləndir, qızını isə ilk fürsətdə.


Tarix: 10.12.2014 / 15:13 Müəllif: Aziza Baxılıb: 246 Bölmə: Dahilerin sözleri