beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Düşündürən Sözlər

Çox danışmaq ağlın azlığına, yalan danışmaq iradənin süstlüyünə, səsin yorğunluğu isə gücün zəifliyinə dəlalət edir.

Məhəbbət üçün tək bir gözəllik kifayət deyildir. Çünki gözəllik də əbədi deyildir.

Tələsik evlənənin əzabı uzun sürər.

Sevgi yarası öldürməsədə, heç bir vaxt sağalmır.

Bəzi kişilər çox pulun bütün qızlara təsir edəcəyni sanır.Eynilə çox makiyajlı qadının,özünü çox gözəl və cəlbedici sanması kimi.

Almaz yonula-yonula,insan yanıla-yanıla mükəmmələşər.

Zəif bir kişi sevgilisini digər qızlarla qısqandırar...Güclü bir kişi isə, digər qızları sevgilisiylə qısqandırar.

Heç kimin keçmişini mühakimə etmə!..Unutma,sən də öz gələcəyindən xəbərsizsən.

Unutma, Sənin külə çevirdiyin ürəyə, Bir başqası üfləyib yenidən həyat verər.

Səbir ağacına çıxmaq çətindir,amma meyvəsi ləzzətlidir.

Halal aydındır ki, halaldır; haram aydındır ki, haramdır; o şeydən ki, şübhələnirsənsə, onu etmə, şübhələnmədiyini et.

Dilinin dediyini ürəyin təsdiqləmirsə,susacaqsan.

Hədəfi olmayan gəmiyə heç bir külək kömək etməz.

AR`mud deyib keçməyin.Onun ilk hecası çoxunda yoxdur.

Görünüşə aldanma;çünki heç bir şey görünüdyü kimi deyildir.Bu gün həyat verən su,sabah sizi boğa da bilir.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 550 Bölmə: Dahilerin sözleri