beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Dahiyanə Fikirlər

1) Heç kəs heç vaxt unudulmayacaq.

2) Cəhənnəmdə od olmur, odu insanlar cəhənnəmə özləri ilə gətirərlər.

3) Paxıl adamla dostluq etməkdən uzaq ol. Çünki, paxıl şəxs möhtac olduğun şeyi səndən əsirgəyər.

4) Dünya yaranandan paltar dəyişir. Amma qadın yox.

5) Cavanlıqdan qocalığa güc saxla, savaşanda barışmağa üz saxla!!!

6) Heç bir quş uçduğu yüksəklikdə qalmır, təkrarən aşağıya enir.

7) Azadlıq ifrat dərəcəsinə çatdıqda özbaşınalığa çevrilir.

8) Nəfsinin müəllimi, vicdanının şagirdi ol!

9) Hərçənd qadınlar dünyanı idarə edirlər, lakin tarixçilər yalnız kişilərin adını bilirlər.

10) Həyat nə qədər maraqlıdır bir o qədər də çətindir.

11) Sən dedin, mən inandım! Sən təkrar etdin, mən şüphələndim!

12) Pul ağıllı insanlar üçün vəsait, axmaqlar üçünsə məqsəddir!

13) Zaman sağaltmır, öyrədir

14) Pis insan yoxdur, pis əməllər var.

15) Qanunlar ağıllı adamlar üçün məşğuliyyət, axmaqlar üçün isə məhdudiyyətdir.

16) Dahi adam odur ki, bir səhvi iki dəfə etmir.

17) Ağıllı müdrikdən yanlız 1 xüsusiyyətinə görə fərqlənir: ağıllı düşdüyü çətin vəziyətdən çıxa bilir, müdrik isə çətin vəziyyətə düşmür.

18) Mən rastıma çıxan hər cür uğura və uğursuzluğa iki əlim kimi eyni baxıram. Buna görə də xoşbəxtəm.


Tarix: 19.11.2013 / 04:01 Müəllif: Akhundoff Baxılıb: 316 Bölmə: Dahilerin sözleri