beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yaddaş haqqında deyilən aforizmlər

Elmin düşməni yaddaş zəifliyidir.(Nəsrədddin Tusi:Azərbaycan alimi və dövlət xadimi)
Nə qədər ki,yaddaş var,ölənlər unudulmayacaq.(İvo Andriç:Serb yazıçısı)
Yaddaş qəribə görüntülər yaratmağı bacarır.O,ruhların məskən saldığı evə bənzəyir və bu evin divarları arasında daim gözəgörünməz addımların əks-sədası eşidilir.Şüşələri sınmış pıncərələrdə ölənlərin qaraltıları görünüb-yox olur,lap yanımızda isə bizim keçmiş günlərimizin kədərli kabusları dolaşır.(Cerom Klapra Cerom:İngilis yazıçısı)

Zamanın yeganə meyarı yaddaşdır.(Deni Didro:Fransız yazıçısı və filosofu)
Yaddaşımız puç olmuş arzuları bizə xatırladır.(Con Dreper:Amerika alimi və filosofu)
Yaddaş xatirələr xəzinəsidir.(Vardis Falçer:Amerika yazıçısı)
Borc verənlərin yaddaşı borc alanlarınkından qat-qat yaxşı olur.(Bencamin Franklin:Amerika ictimai-siyasi xadimi)
Unutmaq mümkün olmasaydı ,həyat işgəncəyə çevrilərdi.(Konfutsi:Qədim Çin mütəfəkkiri)

Kəndli yaddaşı sərkərdə biliyindən üstündür.(Napoleon Bonapart:Fransız imperatoru və sərkərdəsi)
Nəyisə unutmaq ,yaxud unutmamaq insan iradəsindən xaricdir.(Korneli Tasit:Qədim Roma tarixçisi)
Başqaları üçün özünüzü unutsanız,onda sizi də xatırlayacaqlar.(Fyodor Mixayloviç Dostoyevski:Rus yazıçısı)


Tarix: 10.12.2014 / 11:28 Müəllif: Aziza Baxılıb: 68 Bölmə: Dahilerin sözleri