beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Namaz........

Ən zalım insanın da,arzularından biri,
Xeyir əməllər edib,namaz qılmaq deyilmi?
Günah əməlləri poz,yerinə yaz xeyiri..
Dəstəmazı doğru al,doğru qıl namazını,!
Doğrularla ibrət ol,məzlum eylə zalımı…

Səssizliyin sorağı duyulmaz,asimanda.
Səssiz dua,hay salar asimana,imanda,
Bu möcüzə önündə,susaraq səsli hay da,
Səssizliyə qovuşar,namaz ilə baş-başa.
Bu eşqə aşiq olar,hər kim etsə tamaşa.

Allah ilə namazı,bağlayan iman bağı,
Nəfsin önündə duran,haqqların sıra dağı.
O dağı xəlvət aşıb,olma özünə yağı,..
Keçilməz etmək üçün,haqqın sıra dağını,
Namaz qılaraq-möhkəm bağla,iman bağını.!


Tarix: 26.12.2014 / 15:55 Müəllif: Aziza Baxılıb: 231 Bölmə: DİNİ ŞEİRLƏR