beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Hünkar bəyəndi kababı resepti (Türk mətbəxi)

Tərkibi:
300 qr quzu ya da dana əti
1 ədəd qırmızı kapya bibər
1 orta boy soğan
2 ədəd orta boy pomidor
2 yemək qaşığı əlavə zeytun yağı
1 çay qaşığı bibər tomatı
Duz

Bəyəndi üçün
1 kilo badımcan
2 yemək qaşığı un
2 yemək qaşığı duru və ya kərə yağı
3 su stəkanı süd
1 çay stəkanı dolusu təzə holland pendiri rəndəsi
Bir çimdik duz
Kiçik bir diş sarımsaq (arzuya görə)

Hazırlanması:
İlk əvvəl badımcanlarımızı arzu etdiyimiz şəkildə közlüyürük.
Közlənən badımcanları bir paket içərisində ağzı bağlı olaraq gözlədirik (paketə qoyulan közlənmiş badımcan buxarlanma təsiri ilə daha asan soyulur)
Ətimizi və yağımızı bir tavaya alıb suyunu salıb çəkənə qədər bişiririk.
Soğanlarımızı və qırmızı bibərimizi kiçik kiçik doğrayıb əlavə edirik.
Pomidorlarımızı da küp küp doğrayıb qarışığa əlavə edirik.
Tomatımızı əlavə edib pomidorlar suyunu çəkənə qədər bişirməyə davam edirik.
Duzunu da əlavə edib ocaqdan alıb dincəlməyə buraxırıq.
Bəyəndi üçün unu və yağı bir tavaya alıb unun çiy qoxusu çıxana qədər qovururuq.
Südünü əlavə edərkən püre qatılığında olmasına diqqət edərək əlavə edirik.
Təmizlədiyimiz badımcanlarımıza kiçik bir diş sarımsağımızı əlavə edib, incəcik əzərək və ya doğrayaraq bəyəndimizə əlavə edirik.
Rəndələnmiş holland pendirimizi və duzunu da əlavə edirik.
Qabın altına bəyəndi üstünə kababımızı sousuyla birlikdə qoyub servisə təqdim edirik

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:37 Müəllif: Aziza Baxılıb: 49 Bölmə: Dünya mətbəxi