beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Kartoflu omlet resepti (Avropa mətbəxi)

Tərkibi:
Bişmiş kartof – 300 q.
Yumurta – 7 əd.
Kərə yağı – 40 q.
Duz, istiot

Hazırlanması:
Məsləhət görülür ki, omlet üçün yumurtanı soyuducudan 1 saat əvvəldən çıxardın.
Tavada kərə yağını qızdırın, yağ köpüklənməyə başlayanda ora kartof dilimlərini qoyun. Qızılı rəng alana kimi qızardın.
Ayrı qabda yumurtaları çırpın, duz-istiot vurun, 1 xörək qaşığı soyuq su əlavə edin və çəngəllə sürətlə çırpın.
Yumurta kütləsini kartofun üzərinə tökün, 2-3 dəqiqə bişirin. Omleti çevirin. Süfrəyə kiçik tavada isti-isti verilməlidir.
Yeyərkən üzərinə pendir və ya xama əlavə edə bilərsiniz.

Nuş olsun!


Tarix: 29.11.2014 / 13:37 Müəllif: Aziza Baxılıb: 61 Bölmə: Dünya mətbəxi