beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qadınların intim gigiyenası

Həkim-ginekoloqlar qadınlar tərəfindən intim gigiyenaya riayət edilməsini qadın reproduktiv sistemi xəstəliklərinin profilaktikasının vacib hissəsi hesab edirlər. İntim gigiyena qaydalarını bilməmək və ya onlara riayət etməmək qadın cinsi üzvlərinin bir çox təhlükəli xəstəliklərinin inkişaf etməsinə səbəb ola bilər.

Bəs, qadınların əsas intim gigiyena qaydaları hansılardır?

1. ci qayda. Əfsuslar olsun ki, uşaqlıq yolunun öz-özünü təmizləyən orqan olduğunu qadınların çox az bir hissəsi bilir. Bunu bilmədikləri üçün uşaqlıq yolunun daxilini güclü su axarı və ya şırınqa (“sprinsovka”) vasitəsi ilə yuyulması, bu məqsədlə sabundan da istifadə edilməsi və s. nəinki lazımsızdır, hətta əksinə olaraq çox zərərlidir! Bunlar ilkin olaraq uşaqlıq yolunun disbakteriozuna (bu barədə 19-cu səhifədə oxuyun), daha sonra isə digər ginekoloji xəstəliklərə səbəb olurlar.

Beləliklə, qadınların əsas intim gigiyena qaydalarından ən başlıcası – xarici cinsi üzvləri əvvəlcədən təmiz yuyulmuş əllərlə öndən arxa tərəfə olmaqla (arxa tərəfdə yerləşən düz bağırsaq ətrafından müxtəlif xəstəlik törədicilərinin xarici cinsiyyət üzvlərinə keçməsinin qarşısını almaq məqsədilə) axar su axıtmaqla yüngül şəkildə yaxalanmasıdır (yuyulması yox!!!). Uşaqlıq yolunun yuyulması (və ya oraya maye şəklində olan vasitələrin püskürdülməsi) yalnız həkim təyinatı olmaqla aparıla bilər!

2-ci qayda. Qadınların intim gigiyenası üçün çimərkən istifadə edilən adi sabun və gellər uyğun gəlmir. Onlar həm dərini qurudur, həm də bədənin zərif yerlərinin qıcıqlandırılmasına səbəb olur. Bu məqsədlə intim gigiyena üçün xüsusi gellər hazırlanmışdır. Onlar dərini yumşaqcasına təmizləyir, onu ətirləndirir, zərərli bakterial floranı məhv edir, selikli qişalarda olan qıcıqlanmanı aradan götürür.

Hər dəfə tualetə getdikdən sonra, yatmamışdan qabaq və səhər oyanandan sonra, həmçinin hər intim yaxınlıqdan sonra qadınlar bu gellərdən istifadə etməklə, xarici cinsiyyət üzvlərini yüngülcə yaxalamalıdırlar. Əlbəttə ki, bunu hər dəfə etmək mümkün olmur – qadınlar işləyir, təhsil alır, ezamiyyətə gedir və s. Belə hallar üçün xüsusi nəm intim gigiyena salfetlərı (adi nəm salfetlərlə qarışdırmayın) hazırlanmışdır.

Bu intim gigiyena salfetlərınə tərkibində spirt olmadığı üçün dərini qıcıqlandırmayan xüsusi antiseptik mayelər (“lasyon”) hopdurulmuş olur. Hopdurulmuş mayenin tərkibində nəmləndirici bitki yağları (çay ağacı yağı və s.), sakitləşdirici müalicəvi otların ekstraktı (aloye vera, çobanyastığı və s.) və intim yerlərin dərisinin qızarmasının və qıcıqlandırılmasının qarşısını alan süd turşusu daxildir.

3-cüqayda. Qadın bezlərini (həm gündəlik, həm də menstruasiya zamanı istifadə olunan) hər 4 saatdan gec olmamaqla dəyişdirmək lazımdır! Çünki onlar bu müddət ərzində cinsi yollardan axan ifrazatı özlərinə hopdurduğu üçün patoloji bakteriyaların inkişaf etməsi üçün yaxşı qida mühitinə çevril- miş olurlar.

Qadın bezlərini nə qədər çox müddət ərzində saxlayırsınızsa, onların xeyri getdikcə o qədər də azalmış, cinsi orqanların iltihabının artması ehtimalı isə yüksəlmiş olur. Sizdə allergik meyllilik olduğu halda, aromatlaşdırılmış deyil, adi bezlərdən istifadə etməyiniz məsləhət görülür.

Gigiyenik tamponlardan istifadə edərkən, nəzərə almaq lazımdır ki, onlar uzun müddət ərzində (4 saatdan artıq) saxlandıqları halda, qadın orqanizmi üçün çox təhlükəli hesab edilən toksik şok sindromunun əmələ gəlməsinə səbəb ola bilər! Toksik şok sindromunun simptomları: temperaturun birdən-birə kəskin şəkildə artması, baş ağrıları, qusma, ishal, ümumi zəiflik, dəri örtüklərinin, ağızın, uşaqlıq yolunun qızarması və s. əlamətlər. Xəstəliyin ilkin əlamətləri qeyd edilən kimi, təcili olaraq həkimə müraciət etmək lazımdır. Ümumiyyətlə isə yadda saxlamaq lazımdır ki, qadın cinsiyyət üzvlərinin hər hansı bir xəstəliyi olarsa, menstruasiya üçün tamponlardan istifadə etmək məsləhət görülmür.

Aybaşı zamanı qadınlar intim sahələrin gigiyena qaydalarına xüsusi olaraq riayət etməlidirlər: qadın bezlərini vaxtında dəyişmək, hər dəfə bezləri dəyişdirdikdən sonra axar su ilə aralıq nahiyəsini yaxalamaq lazımdır. Məsələ burasındadır ki, aybaşı zamanı uşaqlıq boynunun xarici dəliyi açılmış olur. Bu zaman uşaqlıq boynu kanalında yerləşən və adi günlərdə cinsi yolları müxtəlif infeksiya və mikrobların daxil olmasından qorumuş olan selikli tıxac hissəvi və ya tam şəkildə olmaqla xaric olunur. Bunun nəticəsində infeksiyaların yuxarı cinsi orqanlara tərəf hərəkət etməsi üçün “çox yaxşı” bir şərait yaranmış olur.

Məhz buna görə də menstruasiya zamanı qadınlara cinsi əlaqədə olmaq, dənizdə və hovuzda çimmək, vanna qəbul etmək (onu duşla əvəz etmək lazımdır) qadağan olunur.

4 cü qayda. Düzgün seçilmiş alt qadın paltarı da qadın cinsi orqanlarının müxtəlif xəstəliklərdən qorunması üçün çox vacib hesab edilir. Qadın alt paltarı təbii materiallardan (pambıq, kətan) hazırlanmış olmalıdır. Belə paltarlar nəmliyi özünə hopdurur, dəriyə nəfəs almağa imkan verir, bakteriyalar üçün qida mühiti yaratmır.

Sintetik qadın alt paltarlarından istifadə edilməsi isə qəti şəkildə əks-göstərişdir: o, nəmliyi nə özünə hopdurur, nə də kənara buraxır. Nəticədə dəridə səpgilər və qıcıqlanma sahələri əmələ gəlmiş olur. Ginekoloqlar tərəfindən kəskin etirazla qarşılanan, bəzi “müasir” – nazik zolaq şəklində olan qadın alt paltarları (“strinq” və “tanqa”) isə müxtəlif patoloji mikrobların arxa dəlik ətrafından cinsi orqanlara tərəf daşınmasına səbəb olur. Bundan başqa, alt paltarları bədənə sıx səkildə yapışmış olduqları halda, həm dəriyə oksigen daxil olmasının qarşısını alır, həm də yerli qan dövranını pozmuş olur.


Tarix: 19.11.2013 / 02:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 367 Bölmə: Cinsel Bilgiler