beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Eqreb Etrafli

Su işarəsidir. Xarakteri güclü, həyatı maraqlıdır. ƏQRƏB iki əsas planetin: qüvvətli, amansız Marsın və qüdrətli Neptunun himayəsindədir. Onun xarakteri bu ikiqat təsir altında təşəkkül tapır. ƏQRƏB mübarizə aparır, əzab çəkir, özünü yeyir, viranəlik içərisindən dirilib qalxır. Təzadlı, temperamentli, olduqca cazibədar, lakin amansız tipdir.
Onun üçün birinci çətinlik yaşamaqdır. İlk baxışda onun müvəffəqiyyət qazanmaq üçün lazım olan hər şeyi: energiyası,

diribaşlığı, qüvvəsi vardır, lakin tündməzaclığı ucbatından düşmənləri çoxdur. ƏQRƏB çox zaman əsəbi olur, lakin öz zəhəri ilə məhz özünü zəhərləyir. Onda nə isə sezilməz və müəmmalı bir cəhət vardır. Hətta səmimi görünəndə də qapalı və sərvaxtdır. Bu onun müdafiə tədbiridir. ƏQRƏBƏ daim elə gəlir ki, onu tənqid edirlər, hədələyirlər. Buna görə də bütöv bir müdafiə sistemi qurur. Həqiqətən hücuma məruz qaldıqda hiddəti son dərəcə dəhşətlidir. İşdə və borcunu yerinə yetirməkdə iradəsi möhkəmdir. Heç vaxt xülyaya qapılmır, insanda, yaxud vəziyyətdə zəif nöqtəni tez tapır. Anadangəlmə mübarizdir. Məqsədə çatmaq üçün hər cür vasitələrə əl atır. Münasibətlərində vicdanlı və səmimidir, lakin nadir hallarda ürəkdən vurulur. Fərdiyyətçidir. Müstəqilliyi onun üçün hər şeydən əzizdir. Gözəl diaqnostika həkimi və ya cərrahdır, mahir müstəntiq və ya vəkildir. İstedadlı sərkərdələr və dövlət xadimləri (Rommel, De Qoll, Montqomeri) məhz bu işarə altında dünyaya gəlmişlər.
QADIN-ƏQRƏB. Burada biz iki tiplə rastlaşırıq: hər iki tip çox güclü xarakterə malikdir, lakin birinci tip qadınlarda temperament örtülüdür, ikinci tip isə həqiqətən başa bəla açan qadınlardır. Birinci tip qadınlar öz xarakterinə görə kişiləri xatırladırlar. KİŞİ-ƏQRƏB haqqında deyilənlərin hamısı onlara da aiddir. Belə qadınların ağlı kişi ağlıdır, enerjisi tükənməzdir. Bu işarə altında dünyaya gələn qadınlar birdən-birə ürəklərinə yatan ər tapa bilmirlər. QADIN-ƏQRƏBİN güclü xarakteri adətən onun kişilik haqqındakı təsəvvürü ilə uyuşmayan zəif, passiv və qətiyyətsiz kişiləri cəlb edir. Lakin bu qadın hər halda ərə getmək qərarına gələndə ərinin mənsəbə çatmasına çox kömək edir. Bu tip qadınların gözü adətən od saçır, onlar asta danışır və paltara xüsusi əhəmiyyət vermirlər, işvəkar deyillər. İkinci tip qadınlar işvəli, həssasdırlar, hər işə qarışırlar, sevgidə çılğındırlar. QADIN-ƏQRƏB çox xatalı qadındır! Hər yerə narahatlıq, təşviş gətirir, onu sevən adamları bədbəxt edir. Kişiləri var-yoxdan çıxmaq, bəzən isə hətta özünü öldürmək dərəcəsinə çatdırır. Aşıb-daşan ehtirası demək olar həmişə onun özünü də məhv edir

İşarələrin qarşılıqlı münasibətləri: BALIQLAR, OĞLAQ, QIZ və XƏRÇƏNG ilə ittifaq uğurludur. DOLÇA, ŞİR və QOÇ ilə ittifaq bədbəxtlik gətirir. ƏQRƏB ilə QOÇ arasındakı cazibə hər ikisinin təcavüzkarlığı nəticəsində baş verən münaqişələrdən qaçmaq üçün kifayət deyildir. ƏQRƏB və BUĞA öz temperamenti və xarakteri ilə bir-birinə bənzəyir. Bunun nəticəsində onların arasında savaşlar olur. Bu nikahdan doğulan uşaqlar adətən gözəl və istedadlı olur ƏKİZLƏRLƏ münasibətdə mənəvi və fiziki ahəngdarlıq vardır, lakin ƏQRƏBİN xüsusi mülkiyyətçilik xarakteri və ƏKİZLƏRİN hərdəmxəyallığı onların münasibətlərini çox çətinləşdirir. XƏRÇƏNG və ƏQRƏB arasında uzunmüddətli uğurlu ittifaq əmələ gələ bilər, çünki XƏRÇƏNG ƏQRƏB üçün zəruri olan məhrəmlik. Səmimilik ab-havası yaratmağı bacarır. ŞİR işarəsi ƏQRƏB işarəsini böyük bir qüvvə ilə cəzb etməsinə, onların arasında fiziki ahəngdarlıq olmasına baxmayaraq ittifaq məhvə məhkumdur. ƏQRƏB və TƏRƏZİ işarəsi arasında nikah yox, işdə əməkdaşlıq tövsiyə edilir. TƏRƏZİNİN yumşaq xasiyyəti ƏQRƏBİN xoşuna gəlmir, TƏRƏZİ isə ƏQRƏBİN hədsiz ehtiraslı xarakterindən qorxur. ƏQRƏB və QIZ bir-birini tamamlayaraq möhkəm və uğurlu ittifaq yarada bilirlər. ƏQRƏB ilə DOLÇA arasında ittifaq əvvəlcə savaşlar nəticəsində tez-tez pozulur, lakin sonra hər şey yoluna düşdükdə ittifaq uğurlu ola bilər. Yeri gəlmişkən deyək ki, DOLÇANIN bir qədər soyuq temperamenti ƏQRƏBİN o qədər də xoşuna gəlmir. BALIQLAR ilə ittifaq hər cəhətdən uğurludur. Amma gərək ƏQRƏB BALIQLARIN ədalət hissini və zərifliyini təhqir etməsin.


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 199 Bölmə: Burcler haqqinda çox şey