beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Burcler Nece Uzr Isteyer

Bürclər necə üzr istəyər. Maraqlıdır, qaçırmayın )

Qoç: Qoçlar əslində özlərinin çox canayaxın insanlar olduğunu düşünürlər. Üzr istəməli bir hal olmadığını və səhv hərəkət etdiklərini düşünməzlər. Ona görə düzlərinin üstünə çökmək yerinə sadəcə "üzr istəyərəm" deyərlər. Bundan nə azı nə çoxu...

Buğa: Buğalar xəta etdikdə insanlarla üz-üzə baxmağa çəkinirlər. Həm də ki, olan olmuşdur. Buna görə də Buğalar çox vaxt üzr istəmədiyinə görə bir çox dostlarını itirirlər.

Əkizlər: Əkizlər hər nə etmiş olsanız da, lap dərinə gedib söhbəti “çürütsəniz” də özlərini haqlı çıxardacaqlar.

Xərçəng bürcü: Bir Xərçəngin üzr istəməsini gözlüyürsünüzsə buna peşman olarsınız. Hər mövzunu mütləq öz tərəflərinə çevirməyi bu qədər yaxşı bacaran başqa bir bürc yoxdur. Sonunda baxarsınız ki, yalvar-yaxar olan sizsiniz.

Şir: Bir şir xətasını düzəltmək üçün əlindən nə gəlirsə edərlər. Sizə güllər alar, evinizin qarşısındakı divara “Məni Bağışla” deyə yazar, lazım gəlsə yalvararlar. Ancaq bağışladığınız halda gizlincə gülməyi yaddan çıxartmazlar. Nə də olsa ona qarşı qoymaq mümkün deyil.

Qız bürcü: Qız səhv etdiyi zaman üzr istəməkdən çəkinməz amma bunu nə vaxt edəcəyini öz başından planlar. Hər kəsi özləri kimi sandıqları üçün belədirlər. Onlara görə iş işdən keçmiş olsa belə nəticədə üzr istəmişlər.

Tərəzi: Səhv etdikləri zaman bunu etiraf etməyə çəkinməzlər. O qədər səmimidirlər ki, özləri üzr istəməmiş siz onun üzr istədiyini anlayarsız. Hamını özləri kimi bilirlər. Ona görə də axır-əvvəl üzr istəyib könlünüzü alarlar

Əqrəb: Üzr istəməyin mənasız bir şey olduğunu düşünürlər. Ona görə də çox vaxt üzr istəsələr belə, bunu ürəkdən etməzlər.

Oxatan: Oxatanların kitabında üzr, peşman olmaq yoxdur. “Səhvsiz insan olmaz” onların fəlsəfəsidir. Başqaları onlara qarşı səhv edəndə də belə düşünürlər. Xətasız qul olmaz!

Oğlaq: Onlar əsla adi bir üzr istəməzlər. Uzuuuuuuun bir izah edərlər.

Dolça bürcü: Dolça bürcləri şirin insanlardır. Səhv etdiklərini bilər və saniyəsində vəziyyəti qurtarmaq üçün bir şeylər edərlər. Ümumiyyətlə də bacararlar.

Balıqlar: Elə də asan üzr istəməzlər. Onlara görə hamının hadisəyə baxışı bir cürdür. Balıqlar və üzr istəmək? Çətin ki!


Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 186 Bölmə: Burcler haqqinda çox şey