Qoç.
 İntiqam hissi olan Qoçu təsvir etmək
 bir az çətindir. Onların ağrayan
 yaralarını qanadan zaman onlarda
 intiqam hissi çoxalır. Sonra isə çox
 zaman onlar edilən pislikləri
 asanlıqla unudurlar
 Buğa. Buğanı da əsəbləşdirmək
 üçün ciddi cəhd göstərmək lazımdır.
 Amma əvəzində onlar Qoçlara
 nisbətən daha qəddarcasına qisas
 alırlar. Buğanın qisası onu incidənə
 qarşı daha planlı və daha incidən
 olur.
 Əkizlər. Mələkdirlər demək istərdik
 amma... Bu bürclərin qisasçılıq
 adıdır. Siz yəqin ki ən inanılmaz
 dedi-qoduların, qeybətlərin, söz-
 söhbətlərin obyekti olacaqsınız.
 Lakin bir səbəb də var. Əkizlər
 havadan da tez dəyişirlər. Səhər
 ömrünün sonuna qədər qisas
 almağı düşünən əkizlər artıq
 günorta sizinlə yeni qisas hədəfinə
 seçdiyi obyektin dedi-qodusunu edə
 bilər.
 Şir. Şirlərdə kin və nifrət hissini
 oyatmaq üçün onlara yalan
 danışmaq bəs edir. Şirlərin qisası
 qorxunc olur. Onların necə qisas
 aldıqlarını görmək üçün gələcəyə
 baxmaq lazımdır-siz artıq bir
 heçsiniz.
 Xərçəng. Onların edə biləcəkləri ən
 sadəc qisas yolu-gecə soyuqda
 yola papaqsız çıxmaqdır ki, hamıya
 “ona soyuq oldu” deyə pis təsir
 göstərsin. Kinlilikdə Xərçənglər çox
 pisdirlər. O qədər pis ki, qab-qacağı
 qıra bilərlər.
 Qız. Qızların necə intiqam aldığını
 bilmək üçün Sergey Lazonun filmini
 izləmək bəs edir. İzləməmisinizsə
 gedin izləyin. Mən baxmamışam
 deyə qısaca deyə bilərəm ki
 qızların intiqam hissi qaydadan
 kənar olmur.
 Tərəzi. Küsəyənlilik bürcü. Onlar
 sözün əsl mənasında qisas ala
 bilmirlər. Tərəzilərin edə biləcəkləri
 ən böyük qisas onu incidənlə
 danışmaq və səbəbi
 müəyyənləşdirmək olacaqdır.
 Əqrəb. Bu bürc adəti üzrə qisasçılıq
 və bu kimi şeylərdə birinciliyini
 əldən vermir. Halbuki bu yerə layiq
 deyillər. Birincisi onlar hər şey
 haqda maraqlanırlar. İkincisi onlar
 hər şeyi öz nəzarətlərində
 saxlamağa çalışırlar. Vay o günə ki,
 kimsə onun maraqlarına müdaxilə
 eləsin. Əqrəb o saat zəhərin
 qucağına alıb dişləməyə qaçır. Bu
 arada onlar yaxınlarını daha çox
 “dişləyirlər” nəinki yadları.
 Oxatan. Onların intiqam planları
 sarışın qızlar haqda olan lətifələr
 kimidir. Çox vaxt darıxdıqlarından bu
 yola əl atırlar. Əksər vaxt isə elə
 plan qururlar ki sonra başqalarına
 nəyi necə və nəyə görə elədiklərini
 izah etməli olurlar. Oxatanların
 yalnız bir qorxulu qisas yolu var-
 bürokratizm.
 Oğlaq. Əgər siz Oğlaqı o həddə
 qədər çatdıra bilmisinizsə deməli o
 sizə Qız bürcünün etdiyindən də
 betərini edə bilər. (Sergey Lazonun
 filminə baxmadığımıza görə Qızların
 da nə etdiyini bilmirik təəssüfki).
 Oğlaqın intiqam hissini
 uzaqlaşdırmaq üçün nəsə
 fikirləşsəniz pis olmaz.
 Dolça. Axır ki bir alim ərə rast
 gəlməsək də normal bürcə rast
 gəldik. İntiqam hissini Dolçalar
 sevmirlər və ümumiyyətlə
 bacarmırlar. Bu bürcün
 nümayəndələrinin yumor hissi o
 qədər çox yüksəkdir ki onlar onsuz
 da sizin etdiklərinizi ələ salmaqla
 sizi intiqam almaq hissinə sala
 bilərlər.
 Balıqlar. Balıq bürcünün
 nümayəndəsinin qəlbini qırmaq çox
 asandır. O yalnız yaxın insanından
 onu incitdiyinə görə qisas almaz. Bu
 bürcün nümayəndsinin ala biləcəyi
 ən böyük intiqam küsəyən üzlə
 gəzmək və sizə onu incitdiyinizə
 görə çox qəddar olduğunuzu
 xatırlatmaq olacaqdır. Bu Balıqlarda
 çox təbii alınır. Çünki onlar bunu
 ürəkdən edirlər.
Tarix: 19.11.2013 / 03:13 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 272 Bölmə: Burcler haqqinda çox şey