beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Teymur Mustafayev

Teymur Mustafayev — Xalq artistiMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

Teymur Mustafayev Ağaxan oğlu 10 aprel 1939-cu ildə Cəlilabad rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Musiqi Məktəbində təhsil almışdır.

Sənət müəllimləri Seyid Şuşinski, Əhməd Bakıxanov olmuşdur. Sonra isə Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində təhsilini davam etdirmişdir. 1964 cü ildən Azərbaycan Dövlət Filarmoniyasının solistidir.

1978-ci ildən Azərbaycan Dövlət Konsert Birliyində, 1998 ci ildən Muğam Teatr-ında fəaliyyət göstərir. Teymur Mustafayevin repertuarı muğam və təsniflərdən , xalq və bəstəkar mahnılarından ibarətdir.

Onun ifa etdiyi muğam və təsniflər AzTR Fondunda saxlanılır. Bir çox xarici ölkələrdə (Avropa ölkələrində, Ərəb ölkələrində, Rusiyada, Türkiyədə, İranda, Əfqanıstanda) qastrol səfərlərində olmuşdur.

“Qəti qorxusu yoxdu” sözü dillərdə əzbər olan xalq artisti Teymur Mustafayevin oğlu maşında baş verən yanğın nəticəsində faciəli şəkildə dünyasını dəyişib. 3 il öncə Bakıxan Mustafayevin idarə etdiyi avtomobildə yanğın baş verib. Qapını aça bilməyən B.Mustafayev maşının içində diri-diri yanıb. Hadisə Bakı-Astara yolunun 76-cı kilometrliyində olub. Olaydan sonra mərhumun banka olan borcu barəsində xəbərlər dolaşmağa başladı. Həmin xəbərlərdə B.Mustafayevin dünyasını dəyişməsi şübhə altına alınırdı, onun bu yolla külli-miqdarda borcdan yaxa qurtarması qeyd edilirdi[1].

Filmoqrafiya
Teymur Əmi (film, 2002)
Muğanın Sarvanı (film, 2002)


Tarix: 28.01.2013 / 19:49 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 330 Bölmə: Bəstəkarlar Və Müğənnilər