Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mario del Monako

Mario del Monako (it. Mario del Monaco; 27 iyul 1915 – 16 oktyabr 1982) — italyan opera müğənnisi — tenor. Bir çox musiqişünaslar tərəfindən XX əsrin sonuncu və ən mahir dramatik tenorlarından (it. di forza) biri hesab edilir. Cüzeppe di Stefano ilə yanaşı 1950-60-cı illərin ən məşhur italyan tenoru olmuşdur.

Həyatı

Oxumağa Pezara konservatoriyasında Arturo Melokkinin yanında başlamışdır. Müxtəlif məlumatlara görə 1939-1941-ci illər arasında səhnəyə çıxmağa başlamışdır. 1943-cü ildən Milanda "La Skala" teatrında çıxış etməyə başlamış, 1946-cı ildən Londonun "Kovent Qarden" teatrında, 1957-1959-cu illərdə isə Nyu-Yorkdakı məşhur "Metropoliten-opera"da çıxış etmişdir. 1959-cu ildə SSRİ-yə qastrola gəlmiş və Böyük Teatrda Jorj Bizenin "Karmen" operasında Xose və Rucero Leonkovallonun "Təlxəklər" operasında Kanio partiyalarını ifa etmişdir.

1975-ci ildə 20 gün ərzində Neapol və Palermoda 11 konsert verərək karyerasını başa vurmuşdur.

1964-cü ildə avtomobil qəzası keçirmiş və həmin qəzada həyat yoldaşı vəfat etmişdir. Ömrünün son illərini böyrək çatışmazlığından əziyyət çəkən Mario del Monako həmin dövrdə Trevizo yaxınlığında yerləşən Lanseniqodakı villasında yaşamış və 1982-ci il oktyabrın 16-da Mestre şəhərində bu xəstəlikdən vəfat etmişdir.

Mükafatlar
1955 — Opera sənətindəki böyük xidmətlərinə görə "Qızıl arena" mükafatı
1957 — "Qızıl Orfey" mükafatı
1959 — "Qızıl yollar" mükafatı
1959 — SSRİ-dəki qastrollarına görə Lenin ordeni


Tarix: 26.01.2013 / 13:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 161 Bölmə: Bəstəkarlar Və Müğənnilər
loading...