beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Mürsəl Bədirov

Müğənni. Filmlərdə mahnı ifa edən.

Həyatı

Gözəl, gur və məlahətli bariton səsi, yaraşıqlı səhnə görkəmli olub. Mürsəl Tağı oğlu Bədirov Dağıstanda doğulub. 1951-ci ildə Azərbaycan Dövlət konservatoriyasının vokal şöbəsinə daxil olub. Tələbə vaxtı opera tamaşalarında epizod rollar oynayıb. 1956-cı ildə təhsilini başa vurub və Opera və Balet Teatrına solist götürülüb. Mürsəl Bədirov teatrda işlədiyi illərdə xeyli tamaşada oynayıb. Onun Jorj Bizenin "Karmen" (Eskamilo və Morales), Pyotr Çaykovskinin "Yevgeni Onegin" (Onegin), Cakomo Puç-çininin "Toska" (Sezar Anjelotti), Şarl Qunonun "Faust" (Valentin), Sergey Raxmaninovun "Aleko" (Aleko), Leo Delibin "Lakme" (Frederika), İvan Dzerjinskinin "İnsamn taleyi" (Andrey SOkoIOV), Rucero Leonkovallonun "Məzhəkəçilər" (Silvio), Boris Zeydmanın "Alay oğlu" (Əsgər), milli bəstəkarlarımızdan Üzeyir bəy Hacıbəyovun "Koroğlu" (Alı), "Leyli və Məcnun" (Nofəl), Müslüm bəy Maqomayevin "Şah İsmayıl" (Qoca ərəb), Cahangir Cahangirovun "Azad" (Xan və Həcir), Fikrət Əmirovun "Sevil" (Atakişi), Ramiz Mustafayevin "Vaqif" (Eldar), Süleyman Ələsgərovun "Bahadır və Sona" (Soltan) operalarında ifa etdiyi partiyalar uğurlu sənət nailiyyətləridir. Səhnə sənətində və vokalçı kimi qazandığı uğurlara görə Mürsəl Bədirov 29 iyun 1964-cü ildə Azərbaycan Respublikasının əməkdar artisti və 29 fevral 1979-cu ildə xalq artisti fəxri adları ilə təltif olunub. 26 fevral 2003-cü ildə Bakıda vəfat edib.

Filmoqrafiya
Sevil (film, 1970)


Tarix: 26.01.2013 / 13:56 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 312 Bölmə: Bəstəkarlar Və Müğənnilər