beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Milk & Kisses

Milk & Kisses — musiqi qrupu.

Karyera

Dilarə Bakı şəhərində, 20 May 1984-cü ildə, Fəridə isə Bakı şəhərində 3 sentyabr 1983-cü ildə anadan olublar. Onlar professional musiqi təhsili alıblar, eyni zamanda "Unformal" rok-qrupun solistləridirlər. Qrupun prodüseri İsa Məlikovdur. [1] 2010 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycan təmsilçisinin seçilməsi üçün 2 fevralda keçiriləcək yarımfinal mərhələsində yarışıblar və Safura Əlizadə və Məryəm Şabanova ilə birlikdə final mərhələsinə keçir. Lakin finalda ikinci yeri tutur. Həmin il Azərbaycanı 2010 Avroviziya Mahnı Müsabiqəsində Safura Əlizadə təmsil edir. [2][3][4]

Yeni Dalğa-2010

2010-cu ildə Dilarə və Fəridə dueti Azərbaycanı ilk dəfə beynəlxalq Yeni Dalğa yarışmasında təmsil edir. Yarışmada "A woman in love", "Getme, getme, gel" və "Rəfiqə" mahnılarını ifa edən qrup 17 iştirakçı arasında 15-ci yeri tutur. Daha sonradan qrup "Gətmə, gətmə, gəl" mahnısına klip çəkdirir.


Tarix: 26.01.2013 / 13:47 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 228 Bölmə: Bəstəkarlar Və Müğənnilər