beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Erik Saade

Eric Saade – livan əsilli isveçli müğənni və aparıcıdır. 2011 Avroviziya Mahnı Müsabiqəsində İsveçə 3-üncü yeri qazandırıb. Bu İsveçin bu yarışmada 1999-cu ildən bəri qazandığı ən yaxşı nəticədir.Mündəricat
1 Ilk illəri
2 Avroviziya Mahnı Müsabiqəsi
3 Mükafatları
4 Albomlar
5 Mənbə


Ilk illəri

Eric Saade 29 oktyabr 1990-cı ildə İsveçdə anadan olub. Onun atası fələstin əsilli Livan vətəndaşı, anası isə İsveç vətəndaşıdır. 4 yaşında onun valideynləri ayrılır. Eric 13 yaşında mahnılar yazmağa başlayır. 15 yaşına qədər futbolla məşğul olur. Bundan sonra uşaqlar arasında keçirilən "Joker" adlı musiqi yarışmasının qalibi olur. 2007-ci ildə İsveçdə gənclərdən ibarət yeni bir pop qrup yığılırdı. 15 nəfər arasından seçilən Eric tezliklə "What's Up!" adlı qrupa daxil olur. 2008-ci ildə bu qrupun "Pose" adlı albomu işıq üzü görür. Albomdan iki sinql çıxır. Bundan başqa qrup Disney kanalı ilə birgə lahiyələrdə çalışır. 2009-cu ildə Eric qrupu tərk edir və solo karyeraya başlayır.

Avroviziya Mahnı Müsabiqəsi

Solo karyeraya başladıqdan sonra Eric ölkəsini 2010 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün "Melodifestivalen 2010"-a qoşulur. Erik final mərhələsində "Manboy" mahnısını ifa edir amma üçüncü yeri tutur. Həmin il İsveçi 2010 Avroviziya Mahnı Müsabiqəsində Anna Bergendal təmsil edir. 2011-ci ildə isə Eric ikinci dəfə "Melodifestivalen 2011"-ə qoşulur və birinci yeri tutaraq İsveçi 2011 Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək hüququ qazanır. 2011-ci ilin may ayında Eric Saade "Popular" mahnısı ilə İsveçi Avroviziya Mahnı Müsabiqəsində təmsil edir. İlk yarımfinalda 155 balla birinci olan Eric finala çıxır. Finalda 7-ci çıxış edən Eric 185 balla Ell & Nikki və Rafael Qualazzidən sonra 3-üncü yerə sahib olur. Bu nəticə İsveçin Eurovisionda 1999-cu ildən sonra ən yaxşı nəticəsidir.

MükafatlarıİlMükafatKateqoriyaİşNəticə
2010Scandipop Awards"Brightest New Hope for 2010"Erik SaadeQalibiyyət
Marcel Bezençon Awards (Melodifestivalen)"Artistic Award"ManboyQalibiyyət
2011Scandipop Awards"Best Male"Erik SaadeQalibiyyət
"Best New Artist"Namizədlik
"Best Male Album"MasqueradeNamizədlik
"Best Album from a New Artist"Qalibiyyət
"Best Male Single"It's Gonna RainNamizədlik
ManboyNamizədlik
"Best Single from a New Artist"Namizədlik
It's Gonna RainNamizədlik
Marcel Bezençon Awards (Melodifestivalen)"Press Award"PopularQalibiyyət
ESC Radio Awards"Best Song"Qalibiyyət
"Best Male Artist"Erik SaadeQalibiyyət


AlbomlarAlbomMəlumatÇartlarda vəziyyət
SWE
MasqueradeReliz: 19 May 2010
Label: Roxy Recordings
Format: CD2
Saade Vol. 1Reliz: 29 June 2011
Label: Roxy Recordings
Format: CD
Saade Vol. 2Reliz: November 2011
Label: Roxy Recordings
Format: CD


Tarix: 25.01.2013 / 19:39 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 310 Bölmə: Bəstəkarlar Və Müğənnilər