beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Endi Uilyams

Hovard Endrü "Endi" Uilyams (ing. Howard Andrew "Andy" Williams; d. 3 dekabr 1927) — əfsanəvi Amerika pop müğənnisi və aktyoru. 18 Qızıl[1] və 3 Platin[2] albom yazdırmışdır. 1962–1971-ci illərdə öz televiziya şousunda aparıcı olmuşdur. Hazırda ABŞ-ın Missuri ştatının Brenson şəhərində "Moon River Theatre" adlı şəxsi teatrı vardır.

Karyerasına Uilyams qardaşları kvartetinin heyətində başlamışdır. Bu kvartet 1944-cü ildə Binq Krosbinin ən məşhur mahnılarından olan "Swinging on a Star" mahnısının yazılmasında iştirak etmişdir. 1952-ci ildən solo çıxış edir. 1956-cı ildə "Canadian Sunset" adlı mahnısı ilə ilk dəfə Billboard Hot 100-ün ilk onluğuna düşə bilmiş, növbəti il isə Elvis Preslinin stilinə bənzər tərzdə oxuduğu "Butterfly" mahnısı ilə birinci yerə qalxmışdır.

1960-cı illərdə öz televiziya şousunda aparıcılıq etməyə başladı və gənclər üçün bəstələdiyi mahnılardan daha yaşlı təbəqə üçün mahnılara keçid etdi. Onun karyerasının zirvəsi 1971-ci il hesab oluna bilər. Belə ki, həmin il o, "Xaç atası" filmi üçün yazılmış "Speak Softly Love" mahnısını ifa etdi və özünün vizit kartı hesab oluna biləcək "Where Do I Begin" mahnısını yazdırdı.

1975-ci ildə Uilyams 14 illik ailə həyatından sonra birinci həyat yoldaşı Klodin Lonjedən ayrıldı. 1991-ci ildə o Debbi Meyerlə ailə qurdu. Hazırda konsert proqramları ilə çıxış etməkdə davam edir. Birinci evliliyindən üç oğlu var.

Diskoqrafiya
2006 — I Don't Remember Ever Growing Up
2002 — Andy -Bonus Tracks
2002 — Easy Does It
2001 — To You Sweetheart, Aloha -Bonus Tracks
2001 — Andy Williams Live: Christmas Treasures
1998 — Branson City Limits
1997 — It's a Wonderful Christmas
1997 — We Need a Little Christmas
1991 — Nashville
1990 — I Still Believe in Santa Claus
1986 — Close Enough for Love
1984 — Greatest Love Classics
1976 — Andy
1975 — The Other Side of Me
1974 — Christmas Present
1974 — The Way We Were
1974 — You Lay So Easy on My Mind
1973 — The Sound of Music
1973 — Solitaire
1972 — Love Theme From "The Godfather"
1972 — Alone Again (Naturally)
1971 — You've Got a Friend
1971 — Love Story
1970 — Raindrops Keep Fallin' on My Head
1970 — The Andy Williams Show
1969 — Get Together With Andy Williams
2002 — Andy -Bonus Tracks
2002 — Easy Does It
2001 — To You Sweetheart, Aloha -Bonus Tracks
2001 — Andy Williams Live: Christmas Treasures
1998 — Branson City Limits
1997 — It's a Wonderful Christmas
1997 — We Need a Little Christmas
1991 — Nashville
1990 — I Still Believe in Santa Claus
1986 — Close Enough for Love
1984 — Greatest Love Classics
1976 — Andy
1975 — The Other Side of Me
1974 — Christmas Present
1974 — The Way We Were
1974 — You Lay So Easy on My Mind
1973 — The Sound of Music
1973 — Solitaire
1972 — Love Theme From "The Godfather"
1972 — Alone Again (Naturally)
1971 — You've Got a Friend
1971 — Love Story
1970 — Raindrops Keep Fallin' on My Head
1970 — The Andy Williams Show
1969 — Get Together With Andy Williams
1969 — Happy Heart
1968 — Honey
1967 — Love, Andy
1967 — Born Free
1966 — In the Arms of Love
1966 — The Shadow of Your Smile
1965 — Merry Christmas
1965 — Dear Heart
1964 — The Great Songs From "My Fair Lady" & Other Broadway Hits
1964 — The Academy Award Winning "Call Me Irresponsible"
1964 — The Wonderful World of Andy Williams
1963 — Days of Wine and Roses
1963 — The Andy Williams Christmas Album
1963 — Can't Get Used to Losing You
1962 — Warm and Willing
1962 — Moon River & Other Great Movie Themes
1962 — Danny Boy and Other Songs I Love to Sing
1961 — Under Paris Skies
1960 — The Village of St. Bernadette
1959 — Lonely Street
1959 — Andy Williams Sings Steve Allen
1959 — To You Sweetheart, Aloha
1959 — Two Time Winners
1959 — Andy Williams Sings Rodgers & Hammerstein


Tarix: 25.01.2013 / 19:36 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 383 Bölmə: Bəstəkarlar Və Müğənnilər