beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Behbud Ağakişiyev

Behbud Ağakişiyev (1954/Bakı, Azərbaycan) - Gitaraçı

Behbud Ağakişi oğlu Ağakişiyev 1954-cü ildə Bakı şəhərinin Suraxanı rayonunda anadan olmuşdur. Uşaqlıqdan qarmon alətinə həvəsi olub. Hələ uşaq ikən 5 yaşında sərbəst ifa edə bilirdi. 1962-ci ildə Suraxanı rayonunun Əmircan qəsəbəsində yerləşən 84№-li məktəbə daxil olub. 1964-cü ildə Suraxanı rayonunda yerləşən 5№-li musiqi məktəbinin tar sinfinə daxil olmuşdur. Yaşadıqları evə 114№-li məktəb yaxın olduğu üçün orta təhsilini orda davam etdirib və 10 illik təhsilini başa vurmuşdur.

1978-ci ildə Bakı Musiqi Kollecinə daxil olmuşdur. Hərbi xidmətə getdiyi üçün təhsili yarımçıq qalıb. Hərbi xidmətdən gələndən sonra təhsilini bitirib. 1982-ci ildə Mədəni Maarif Universtetinə daxil olub. Bu zaman da tar ilə bərabər elektrogitaranın, udun, setarın, azəri sazının (ana sazı), Şiraz tarını, bağlama sazını və s. başqa mizrablı, simli alətlərin özünəməxsus ifa tərzinə yiyələnmişdir. Hazırda o alətlərin tədrisi ilə və ifaçılıq sənəti ilə məşğul olur.


Tarix: 24.01.2013 / 18:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 180 Bölmə: Bəstəkarlar Və Müğənnilər