beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Alsu

Alsu Ralifovna Abramova (Tatar dili: Rälif qızı Alsu Abramova, Rusca: Алсу́ Рали́фовна Абра́мова. Alsou (Rusca: Алсу) olaraq da tanınır) - Rusiyanın tanınmış müğənnisidir. Tatarıstan Respublikasının əməkdar artisti (2000). Tatarıstan Respublikasının xalq artisti (2010). Sülh adına YUNESKO artisti (2011).

Həyatı

Alsu 27 iyun 1983-cü ildə Tatarıstanın Bögilme bölgəsində dünyaya gəldi. Atası Ralif Rafilovich Safın zəngin bir iş adamıdır. "Lukoyl" neft şirkətinin keçmiş vitse-prezidenti idi. Rusiyanın siyasi aləmində tanınmış şəxsdir. Anası Raziye Iskhakovna bir memardır. Renard və Marat adında iki qardaşı vardır. Məşhur tennisçi Marat Safın müğənninin əmi oğludur.

Alsu daha 10 yaşında ikən ailəsi ilə Sibirdə qaldığı dövrdə piano çalmağı öyrənmişdir. Daha sonra Moskvada musiqi məktəbinə davam etdirmişdi. Daha sonrakı illərdə İngiltərə və Nyu-Yorkda xüsusi məktəblərdə memarlıq dərsləri alan Alsu, hələ də Londonda yaşamaqdadır. Eyni zamanda 2000-ci ildə ölkəsini Avroviziya Mahnı Müsabiqəsində təmsil etmiş və 2-ci yerə layiq görülmüşdür. 2009-cu ildə Rusiyada keçirilən Avroviziya Mahnı Müsabiqəsi finalında ekspert heyəti tərkibində olmuşdur.


Tarix: 23.01.2013 / 21:55 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 156 Bölmə: Bəstəkarlar Və Müğənnilər