beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Vyaçeslav İvankov

Vyaçeslav İvankov — Yaponçik ləqəbi ilə tanınan Rusiyalı kriminal avtoritet

Həyatı

Federal Təhqiqat Bürosunun versiyasına görə, "Yaponçik" 90-cı illərin əvvəllərində Amerikada rus mafiyasının lideri olub. O, ABŞ-da "Çara" bankının rəhbərliyindən haqq aldığına görə həbs edilib və 9 il Amerikanın "Allenvud" həbsxanasında yatıb. 2004-cü ilin yayında Rusiyaya deportasiya olunan Vyaçeslav İvankov tezliklə burada həbs olunur. Ona qarşı iki türk iş adamını qətlə yetirmək maddəsi ilə ittiham irəli sürülür. Lakin məhkəmə "Yaponçik"ə bəraət verir. Vyaçeslav İvankovun Tariyel Oniani və Aslan Usoyanın "qanuni oğru" klanları arasında münaqişənin həllində iştirakı barədə məlumatlar səslənirdi. Bundan başqa "Yaponçik" 2008-ci ilin payızında Moskva restoranlarından birində 12 avtoritetə "qanuni oğru" adı verilməsi mərasimində iştirak edib.

Əfsanəvi kriminal avtoritet Vyaçeslav Kirilloviç İvankov 1940-cı ildə anadan olub və kriminal karyerasına 1960-cı illərin sonu – 70-ci illərin əvvəllərində məşhur avtoritet Monqolun bandasında başlayıb. 14 yaşından oğurluğa başlayan Yaponçik ilk dəfə həbsə 26 yaşında düşüb. 1981-ci ildə növbəti dəfə tutulan İvankov 10 il sonra azadlığa çıxıb. Maraqlıdır ki, o vaxtlar "qanuni oğru"nun buraxılması üçün Rusiyanın ünlü müğənniləri, artistləri, hüquq müdafiəçiləri zəmanət vermişdilər. Həbsdən çıxdıqdan bir il sonra o, məşhur aktyor-rejissor Rolan Bıkovun çəkiliş qrupu ilə ABŞ-a uçub və həmin vaxtdan orada qalıb. ABŞ-da leqallaşması üçün "Yaponçik" hətta bir amerikalı qadınla nikaha girib.

İvankovun Nyu-Yorkun Bruklin səmtində peyda olması ilə keçmiş SSRİ-dən çıxanların sifarişli ölümləri kəskin şəkildə artmışdı. Federal Təhqiqat Bürosu bir müddət "Yaponçik"i izləsə də, həbs etməyə səbəb tapa bilmir. 1995-ci ildə belə səbəb tapılır: tanışları "Yaponçik"ə müraciət edərək pul problemini həll etməsini istəyirlər. Onların sözlərinə görə, "Çara-bank"la bağlı olan iki biznesmen onlardan iri məbləğdə pul aldıqdan sonra ABŞ-da gizlənib. "Yaponçik" biznesmenlərdən pulu qaytarmalarını tələb edir və ilişir. 1997-ci ildə ABŞ məhkəməsi rusiyalı avtoritetə 9,7 il iş kəsir.

2000-ci ildə isə Moskva Prokurorluğu İvankova qarşı qətl törətməsi ilə bağlı qiyabi ittiham irəli sürür. İstintaq nəticəsində bəlli olubmuş ki, məhz "Yaponçik" 1992-ci ildə üç Türkiyə vətəndaşını Moskva restoranlarından birində güllələyib. RF Baş Prokurorluğu 2004-cü ildə ABŞ-dan İvankovun ekstradisiyasını istəyir və müsbət cavab alır.

2005-ci ildə Moskva şəhərinin andlılar məhkəməsi İvankova bəraət verir. Moskvanın o vaxtkı prokuroru Vladimir Bakun 12 andlıdan 7-sinin cinayətkar olduğunu bildirsə də, RF Ali Məhkəməsi hökmü dəyişmir.

Vyaçeslav İvankov 2009-cu il iyulun 28-də naməlum şəxslər tərəfindən Moskvada güllələnib. Avtoritetə Xoroşevski şossesi, 25 ünvanında yerləşən "Tayskiy slon" restoranından çıxan zaman atəş açılmışdı. "Qazel" avtomobilində gizlənən killer təxminən 70 metrdən "Draqunov" tipli snayper tüfəngi ilə onun qarnından vurub.[1] Bir neçə mürəkkəb cərrahiyyə əməliyyatına baxmayaraq, kriminal avtoriteti xilas etmək mümkün olmayıb. O, uzun müddət Moskvadakı xəstəxanalardan birində müalicə edilsə də oktyabrın 9-da səhər tezdən dünyasını dəyişib. Adətən xaricdə yaşayan "Yaponçik" sui-qəsddən bir neçə gün öncə Moskvaya iki qruplaşma arasındakı münaqişəni həll etmək üçün gəlibmiş.

Vyaçeslav İvankov 2009-cu il oktyabrın 13-də Moskvadakı Vaqankovsk qəbiristanlığında dəfn edilib.

İvankovun "Yaponçik"dən də başqa ləqəbləri var: "Yaponiyalı", "Assuriyalı yeznə", "İvanes"...


Tarix: 22.01.2013 / 19:52 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 437 Bölmə: Bəstəkarlar Və Müğənnilər