beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Rüfət Mehdiyev

Mehdiyev Rüfət Sabir oğlu — müğənni və aktyor.Mündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 İstinadlar
4 Həmçinin bax


Həyatı

Rüfət Mehdiyev 7 iyul 1969-cu ildə Bakıda anadan olub. 26 Bakı Komissarı adına Mədəniyyət sarayının piano sinfində (1976-1986), Azərbaycan Dövlət Universitetinin geoloji coğrafiya fakültəsində təhsil alıb (1986-1992). 1989-cu ildən musiqi ilə məşğul olub. 1992-ci ildən müğənnilik edib. Space Televiziyasında hazırlanmış "Qış nağılı" (2004) və "Baharın nağılı" (2008) film-verilişlərində çəkilib.

1 fevral 2011-ci il tarixində insultdan dünyasını dəyişib. Nizami rayon qəbiristanlığında dəfn edilib.[1] [2]

Filmoqrafiya
Qış nağılı. I film (film, 2002)
"Moskva-Bakı" qatarı (film, 2005)
Dünən qəfildən gəldi (film, 2009)


Tarix: 22.01.2013 / 19:23 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 266 Bölmə: Bəstəkarlar Və Müğənnilər