beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Könül Tağıyeva

Könül Tağıyeva (Tağıyeva Könül Nadir qızı) - muğam ifaçısı.

Həyatı

Tağıyeva Könül Nadir qızı Füzuli rayonunun Əhmədalılar kəndində anadan olmuşdur. Bülbül adına orta ixtisas Musiqi məktəbini 2008-ci ildə bitirmişdir.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın dəstəyi ilə keçirilən "Muğam 2007-2008" muğam müsabiqəsinin iştirakçısı olmuşdur və müsabiqədə 8-ci yeri tutmuşdur.

Hal-hazırda Azərbaycan Respublikası Milli Konservatoriyasının tələbəsidir.

"Xarı Bülbüllər" sənədli Televiziya filmində çəkilmişdir.

"Könül nəğmələrim" adlı disk-albomu işıq üzü görmüş və İranda və Azərbaycanda satılmışdır.

Bir çox mühüm dövlət tədbirlərinin iştirakçısı olmuşdur.


Tarix: 21.01.2013 / 20:32 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 164 Bölmə: Bəstəkarlar Və Müğənnilər