beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Elnur Hüseynov

Elnur Hüseynov — azərbaycanlı musiqiçi. 2008 Avroviziya Mahnı Müsabiqəsində Azərbaycanın ilk təmsilçisi, bu müsabiqənin 8-ci yer sahibi. 2003-cü ildə "Sing Your Song" müsabiqəsini qalibi.Mündəricat
1 İlk illər
2 Avroviziya 2008
3 Ukraynaya gedişi və hazırki işi
4 Mükafatlar
5 Kliplər
6 Xarici keçidlər


İlk illər

Elnur Hüseynov 1987-ci ildə martın 3-də Aşqabadda hərbçi ailəsində doğulmuşdur. Anası musiqi nəzəriyyəçisidir. 1992-ci ildə konservatoriya yanında istedadlı uşaqlar üçün ROXMİM-ə daxil olub, fortepiano sinfi üzrə təhsil almışdır. 1999-cu ildə Bakıya gəlir və 2000-ci ildə Tibb Məktəbinin diş texniki ixtisasına qəbul olunur. Ancaq 2001-ci ildə oranə tərk edərək Asəf Zeynallı adına Musiqi Məktəbinə daxil olur. Azərbaycan Dövlət Opera və Balet Teatrında işləyir. 2004-cü ildə Musiqi Məktəbini bitirdikdən sonra stilist-bərbər peşəsini öyrənir.

2003-cü ildə Lider TV telekanalında "Sing Your Song" layihəsində qalib olaraq qran-priyə layiq görülmüşdü. Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında xor kapellasında, həmçinin kilsə xorunda işləmişdir. Sevda Məmmədova, Fidan Hacıyeva və Rəşad Haşımovdan dərs alır. 2005-ci ildə "Prestij" qrupu ilə birlikdə Eldar Mansurov tərəfindən yazılmış Bəsdir mahnısını yazdırır. Daha sonradan bu mahnıya klip çəkilir.

Avroviziya 2008

Ana Səhifə – Azərbaycan 2008 Avroviziya Mahnı Müsabiqəsində

2008-ci ildə Elnur Hüseynov Azərbaycanı ilk dəfə olaraq Avroviziya Mahnı Müsabiqəsində təmsil etmək üçün milli seçimdə iştirak edir. 2 fevral tarixində keirilən milli finalda Elnur əvvəlcə Eldar Mansurovun "İf You Never Back" mahnısını ifa edir. Daha sonradan Samir Cavadzadə ilə duetdə Day After Day mahnısını ifa edir. Münsiflər heyətinin səsverməsindən sonra o Samir ilə duet şəklində qələbə qazandı. 2008 Avroviziya Mahnı Müsabiqəsi Belqrad şəhərində Serbiyada keçirildi. İlk yarınfinalda duet 96 balla 6-cı yeri tutdu və finala çıxdı. Finalda təmsilçilərimiz 132 balla 8-ci oldular. Day After Day sinqli bir çox xarici ölkələrdə tanındı. Mahnıya çəkilmiş klip isə uzun müddət Azərbaycan çartlarında birinci yerdə qaldı. İyul ayında Elnur Samir ilə birlikdə Neolit restoranının reklam çarxında çəkilir. Lakin daha sonradan onun barədə yayılan şayələrə görə uzun müddət efirdən uzaqlaşır və istirahət edir.

Əvvəlki:
-
Azərbaycan Avroviziya Mahnı Müsabiqəsində
(Samir ilə)
2008Sonrakı:
Aysel & Arəş


Ukraynaya gedişi və hazırki işi

2008 Avroviziya Mahnı Müsabiqəsində iştirakından sonra Elnur Hüseynov Samir Cavadzadə ilə yollarını ayırır və musiqi karyerasına uzun bir fasilə verir. 2009-cu ilin əvvəlində Elnur ölkəni birdəfəlik tərk edəcəyini və Ukraynada musiqi karyerasını davam etdirəcəyini bildirir. Buna baxmayaraq bir neçə aydan sonra o yenidən Azərbaycana qayıdır. 2010-cu ilin aprel ayında Elnur Maşın realiti şousunun iştirakçısı olur, lakin yarışın ilk günündə Hüseyn Dərya tərəfindən yarışdan uzaqlaşdırılır. 2010-cu ilin yayında Heydər Əliyev adına Sarayda "Noterdam de Paris" müziklinin əsas iştirakçılarından biri olur. Daha sonradan "Face Club"da mini konsert verir. 2011 Avroviziya Mahnı Müsabiqəsinin milli seçim turunda seçmə mərhələyə qoşulsa da yarımfinalda iştirak etmir. Lakin dekabr ayında Diana Hacıyevanın ifa etdiyi "Romeo" mahnısında çıxış edir. Daha sonradan 2010-cu ilin dekabr ayında Diana Hacıyeva, Validə Abbasova və digərləri ilə birlikdə fotosessiyada iştirak edir. Yeni il şənliklərində çıxışları ilə yadda qalır. 2011-ci ildə yeni prodüsser ilə çalışmağa başlayır və İsfar Sarabski, Diana Hacıyeva və digərləri ilə həmkarlığını davam etdirir. Hal-hazırda yeni mahnıları üzərində çalışır. Bu ilin avqust ayında onun yeni mahnısı işıq üzü görüb.[Mənbə göstərin]

MükafatlarMüsabiqəMükafatİli
2008 Avroviziya Mahnı MüsabiqəsiMilli Finalın Qalibi2008
8-ci yer
Best Live Act (Ən yaxşı səhnəcik-performans)
Sing Your SongƏn yaxşı ifaçı2003


Kliplər
Bəsdir (ft Prestige) (2005)
Day After Day (ft Samir) (2008)


Tarix: 21.01.2013 / 20:20 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 768 Bölmə: Bəstəkarlar Və Müğənnilər