beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Cavan Zeynallı

Zeynallı Cavan (Cavanşir) Mirzəməmməd oğlu – Müğənni. Cazmen. Aktyor. Arxiv kadrlarda iştirak edən. Filmlərdə iştirak edən. Orkestr rəhbəriMündəricat
1 Həyatı
2 Filmoqrafiya
3 Şəkil
4 Həmçinin bax


Həyatı

Cavan Zeynallı 1967-ci ildə A.Zeynallı adına musiqi texnikumu bitirmişdir. Həmin ildə Azərbaycan Dövlət Konservatoriyasının vokal fakültəsinə qəbul olunmuşdur. 1972-ci ildə konservatoriyanı bitirdikdən sonra Azərbaycan Dövlət Mahnı Teatrında solist işləmişdir. 1976-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının solist-vokalçı kimi fəaliyyət göstərmişdir. 1979-2001-ci illərdə "Qaya" Dövlət ansamblının solisti olmuşdur. "Qaya" ansamblı ilə birgə bir çox xarici ölkələrdə qastrolda olmuş, Azərbaycan estrada sənətinin nümunələrini ləyaqətlə təmsil etmişdir.

Bakıda, Moskvada, Latviyada, Almaniyada, Polşada keçirilən Beynəlxalq caz festivallarının iştirakçısı olmuşdur. Bakı Caz Mərkəzində üç solo konserti ilə çıxış etmişdir.

Filmoqrafiya
Benefis (veriliş, 2007)
Çətirimiz buludlardır (film, 1976)
Dantenin yubileyi (film, 1978)
Hər şey olduğu kimi. Beşinci film. Rəşid Behbudov (film, 2000)
İstintaq (film, 1979)
Kədərimiz... vüqarımız... (film, 1998)
Koma 0,1 saniyədə (film, 2008)
Qonşu qonşu olsa... (film, 1989)
Oqtay Ağayev. Ötən günlər (film, 2004)
Park (film, 1984)
Sizi, kiçik toy məclisinə dəvət edirik. (film, 1979)
Tam məxfi (film, 2004)
Yanmış körpülər (film, 2003)
Yollar görüşəndə... (film, 1979)


Tarix: 21.01.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 339 Bölmə: Bəstəkarlar Və Müğənnilər