beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aygün Kazımova

Kazımova Aygün Ələsgər qızı (d. 26 yanvar, 1971, Bakı) — azərbaycanlı müğənni, bəstəkar, aktrisa; Azərbaycan Respublikasının xalq artisti (2008)[1].Mündəricat
1 Həyatı
2 Karyerası
3 Albomları
4 Mahnılar
5 Filmoqrafiya
6 İstinadlar
7 Xarici keçidlər


Həyatı

Aygün Kazımova 1971-ci il yanvar ayının 26-da Bakıda anadan olmuşdur. 1989-cu ildə ailəsindən xəbərsiz İlqar adlı sevdiyi oğlana qoşulub qaçmışdır. Sonradan İlqardan ayrılsa da, bu ayrılıq rəsmiləşməyib. Bunun ardınca xalq artisti keçmiş spiker Rəsul Quliyevin qardaşı oğlu Rza Quliyevlə qeyri-rəsmi birgə yaşamışdır. Məhz Rza Quliyevin qadağalarına görə həmin müddətdə Aygün sənətdən ayrı düşmüşdür. Sonradan Rza Quliyevdən də ayrılan xalq artisti, 2004-cü ildə rəsmi evliliyinə də son qoymuşdur. Sonradan Namiq Qaraçuxurlu ilə birlikdə olan Aygün Kazımova, ondan da ayrılmışdır. Aygün Kazımovanın ilk evliliyindən İlqarə adlı bir qızı var.

Karyerası

Aygün Kazımova peşəkar səhnəyə ilk dəfə 1988-ci ildə "Bakı Payızı" yarışması ilə gəlmişdir. İlk qrand-prizi məhz bu yarışmadan qazanmışdır. 1989-1989-cu illərdə Yurmalada keçirilmiş beynəlxalq konkursda 1992-ci ildə "Asiya Dausı", 1996-cı ildə İstanbulda keçirilmiş beynəlxalq yarışmanın laureatı olmuşdur. 2000-ci ildə "İlin müğənnisi", "İlin konserti: Aygün-Bir Gün", "İlin hiti: Gecələr" adlı üç nominasiya üzrə Qrand mükafatına layiq görülmüşdür. 2001-ci ildə yenidən üç-"İlin müğənnisi", "İlin hit mahnısı: Я и ты", "İlkin konserti: Я девушка восточнaя" nominasiyaları üzrə Qrand mükafatı qazanmışdır. İndiyə kimi 10-a yaxın solo konserti olmuşdur. Bunlardan 1999-cu ildə "Aygün-Bir Gün", 2000-ci ildə "Я девушка восточная", 2001-ci ildə "Qeyri-adi şou", 2006-cı ildə Moskvada möhtəşəm yubiley konsertlərini misal göstərmək olar. Bu günə kimi 15 diski işıq üzü görmüşdür. 2001-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti, 2009-cu ildə isə Azərbaycan Respublikasının xalq artisti adlarına layiq görülüb. Onun Vaqif Gərayzadə, Eldar Mansurov və Cavanşir Quliyev kimi müəllimləri olub. Aygün Kazımova xarici ölkələrdə də konsertlər verir. Onlardan ən məşhuru 2006-cı ildə Moskvada Dövlət Kreml sarayında təşkil edilmiş konsertdir. Bunlardan savayı, Aygün xeyriyyə konsertləri də keçirmişdir. 2005-ci ildə Aygün Kazımova rejissor Arif Qazıyevin "Xarı Bülbüllər" musiqili filmində baş rola çəkilmişdir. Həmçinin Best Model of Azerbaijanın rəhbəri vəzifəsində də iştirak etmişdir.

Albomları
Sevgi gülləri (1997)
Ey mənim dünyam (1999)
Aygün (2000)
Sevdim (2001)
Son Söz (2004)
Sevərsənmi? (2005)

Mahnılar
Əllərini uzat gülüm - 1995
Öpsən bu yağışı - 2006
Ömrüm-günüm - 1998
Bizim qızlar - 1998
Şirin söz Bakı qızları - 1997
Gülər qızım - 2009

Filmoqrafiya
Yarımştat (1996)
Yaşıl Eynəkli Adam 2 (1999)
Nekroloq (2001)
Qış nağılı (2002)
Tam Məxfi (2004)
Məşədi İbad 94 (2005)
Adam Ol! 2 (2006)-rol: Aygün


Tarix: 21.01.2013 / 20:08 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 484 Bölmə: Bəstəkarlar Və Müğənnilər