beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Aysel Teymurzadə

Aysel Məhəmməd qızı Teymurzadə (4 aprel 1989, Bakı) — Azərbaycan müğənnisi, 2009 Avroviziya Mahnı Müsabiqəsində üçüncü yerin sahibi.

Uşaqlığı

Aysel Teymurzadə 1989-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. 9 yaşında incəsənət məktəbinə daxil olub, 12 yaşında məktəbin həndbol komandasına üzv qəbul olunub və idmanla ciddi məşğul olmaq fikrinə düşüb. Eyni zamanda, xarici dilləri öyrənməyə başlayıb, hazırda ingilis, alman, ispan, rus və türk dillərində danışa bilir. 14 yaşından xoreoqrafiya ilə məşğul olmağa başlayıb. 2001-2005-ci illərdə fortepiano dərsləri alıb. 2004-cü ilin avqustunda ABŞ-ın Texas ştatında High School-a daxil olub. 2004-2005-cı illərdə burada oxuyub. Bu müddət ərzində Amerikada gənclərin musiqi müsabiqələrində çıxış edib və hətta qızıl medala layiq görülüb. 2006-cı ildə vətənə qayıdır ildə Bakı "İntellekt" liseyini bitirib.

Şəxsi həyatı

Atası Məhəmməd Teymurzadə ixtisasca jurnalistdir. Uzun illər Azərbaycan Dillər Universitetinin fəlsəfə kafedrasının müdiri olub. Anası Svetlana Teymurzadə xanım elmlər doktoru və Bakı Slavyan Universitetinin müəlliməsidir. Ayselin 38 və 36 yaşlı böyük bacıları var. Uşaqlıqda üzgüçülük, bədii gimnastika ilə məşğul olub, balet məktəbində dərs alıb. 2011-ci ildə Azərbaycan Dillər Universitetinin beynəlxalq münasibətlər fakültəsini bitirib.

2009 Avroviziya Mahnı Müsabiqəsi

Aysel hələ uşaq vaxtlarından oxumağa meyl edib. "Pöhrə" və "Tələbə baharı" müsabiqələrinin iştirakçısı olub. 2006-cı ildə vətənə qayıtdıqdan sonra Yeni Ulduz-4 telelayihəsində iştirak edir və bundan sonra tanınmağa başlayır. 2009-cu ildə Aysel Teymurzadə milli seçim turlarına qoşulur və İctimai Televiziyanın keçirdiyi daxili seçim turlarının nəticəsinə əsasən qalib gəlir. Bundan sonra Aysel Araş ilə duet şəklində "Always" mahnısını yazdırır. Bu mahnıya klip çəkilir və sinql digər ölkələrdə böyük nailiyyətlər əldə edir. Moskvada Avroviziya 2009da Aysel və Araş dueti Azərbaycana üçüncü yeri gətirir. Müsabiqə zamanı Aysel Rusiyanın baş naziri Vladimir Putin ilə görüşür. Müsabiqədən sonra "ESC Radio Awards" "Aysel və Araş" duetini "Ən yaxşı qrup" nominasiyasında qalib elan edir. Aysel Teymurzadə Evroforum.som.ru internet forumunda "Avroviziya gözəli" seçilir.

Hazırki işi

Avroviziya Mahnı Müsabiqəsində çıxışından sonra Aysel xarici leybl ilə müqavilə bağlayır. 2010-cu ildə yazılmış "Falling" mahnısı Azərbaycanda hitə çevrilir. Onun azəri versiyası "Yanıram" daha sonradan çıxır. Bundan başqa Aysel Aktivianın 3 reklam çarxında çəkilir. Hal-hazırda Aysel Teymurzadə İngiltərədə mahnılar yazır.


Tarix: 12.01.2013 / 16:26 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 463 Bölmə: Bəstəkarlar Və Müğənnilər