beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Xan Şuşinski

Xan Şuşinski (İsfəndiyar Aslan oğlu Cavanşir) (20 avqust 1901, Şuşa — 18 mart 1979) — xanəndə, Azərbaycanın xalq artisti (1943).

Həyatı

Xan Şuşinski 1901-ci ildə avqust ayının 20-i Şuşa şəhərində anadan olmuşdur. 16 yaşında olarkən ustadı İslam Abdullayevlə birgə iştirak etdiyi məclisdə təbrizli xanəndə Əbdülhəsən xanın yolu ilə "Kürd-Şahnaz" muğamını heyrətamiz bir tərzdə ifa etdiyinə görə müəllimi ona "Xan Şuşinski" adını vermişdir. Xanın bir xanəndə kimi yetişməsində, həmçinin Cabbar Qaryağdıoğlunun və Seyid Şuşinskinin böyük təsiri olmuşdur.

1920-ci illərdə Xan Şuşinski Bakıya gələrək öz ifaçılıq fəaliyyətini genişləndirmişdir. Xanın repertuarında "Mahur-Hindi", "Bayatı-Qacar", "Qatar" muğamları, "Qarabağ şikəstəsi", "Arazbarı", "Heyratı" zərbi muğamları ilə yanaşı, xalq mahnıları və təsniflər böyük yer tuturdu. Xan Şuşinski xalq mahnılarını xüsusi bir şövqlə oxuyur, onlara yeni bir çalarlar aşılayırdı.

1934-cü ildə Xan Şuşinski Tiflis şəhərində keçirilən Zaqafqaziya xalqlarının birinci incəsənət olimpiyadasında böyük müvəffəqiyyət qazanaraq, birinci mükafata layiq görüldü. O, digər ölkələrdə də Azərbaycan musiqi mədəniyyətini yüksək səviyyədə və layiqincə təmsil etmişdir.

1960-cı ildə Azərbaycan Dövlət Filarmoniyasının nəznində "Muğam studiyası" yaratmış və burada gənc xanəndələrə muğamın sirrlərini öyrətmişdir.

O, həmçinin Azərbaycan Dövlət Musiqi Məktəbində dərs demiş, muğam ifaçılarının yeni nəslini yaratmışdır. Xan əsl yaradıcı sənətkar kimi milli musiqi xəzinəsini yeni mahnılarla zənginləşdirirdi. Bu baxımdan onun "Qəmərim", "Şuşanın dağları" mahnıları dillər əzbəri olmuşdur. Xan Şuşinski öz yaradıcılığında bəstəkar mahnılarına da müraciət etmişdir. Bu mənada Üzeyir Hacıbəyovun "Qara göz" mahnısının ilk ifaçısı olmuş və mahnını yüksək zövqlə oxuyaraq yaşatmışdır.

Xan Şuşinski 18 mart 1979-cu ildə vəfat etmişdir.

Əsərləri
Şuşinski X. Yaxşı adamın hekayəti. "Azərbaycan gəncləri", 1976, 20 noyabr.
Şuşinski X. Nəğmələr susmur. "Kommunist", 1975, 1 may.
Şuşinski X. Səs, söz və ifaçılıq. "Ədəbiyyat və incəsənət", 1979, 23 mart.

Filmoqrafiya
Bakı bağları. Buzovna (film, 2007)
Biz qayıdacağıq (film, 2007)
Havalansın Xanın səsi (film, 2001)
Mədəniyyət salnaməsi. Əbülfət Əliyev (film, 2004)
Muğamat var olan yerdə... (film, 2009)
Muğamlar (film, 1965)
O olmasın, bu olsun (film, 1956)
Özgə ömür (film, 1987)
Prima (film, 1992)
Qızıl fonddan seçmələr (film, 2001)
Səs (film, 1988)

Haqqında olan ədəbiyyat
Muxtaroğlu V. Havalansın Xanın səsi. Bakı: Azərnəşr, 1971, 104 s.
Şuşinski F. Azərbaycan xalq musiqiçiləri. Bakı: 1985, 480 s.
Çəmənli Mustafa. Muğam dünyasının Xanı (xatirələr). Bakı: 2001, 271 s.
Babayev Aydın. Xanın səsi. "Ədəbiyyat və incəsənət", 1971, 25 dekabr.
Quliyev T. Ölməzliyə qovuşan ömür. "Ədəbiyyat və incəsənət", 1979, 23 mart.
Quliyev C. Muğam dünyamızın parlaq ulduzu. "Ədəbiyyat və incəsənət", 1989, 24 fevral.
Əliyev T. Çörəyin şəninə şikəstə. "Sovet kəndi", 1986, 3 aprel.
Əliyev T. Nəğməli ömür. "Azərbaycan", 1979, №8, s.194-198.
Kərimli Kərim. Sənətkara məhəbbətlə. "Qarabağ", 1991, 4 iyul.
Şükür Müzəffər. Xan Şuşinskinin xatirəsi. "Ədəbiyyat və incəsənət", 1989, 24 fevral.
Quliyev Zəkurə. Şuşanın dağları başı dumanlı... /Xan Şuşinski – 100/. "Azərbaycan", 2001, 4 sentyabr.
Əliyeva R., Aslanova X. Xan Şuşinski – 100. "Mədəni-maarif", 2002, N1-2, s.6-7.
Məhərrəmli Z. Muğam mülkünün Xanı /Xan Şuşinski – 100 /. "Bakı", 2001, 2-8 noyabr.
Çəmənli M. Şur dərsi. "Xalq qəzeti", 2001, 24 avqust.
Şərif. Havalansın Xanın səsi. "Yeni Azərbaycan", 2003, 21 avqust.


Tarix: 12.01.2013 / 16:24 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 730 Bölmə: Bəstəkarlar Və Müğənnilər