beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Azəri İnşaatçi

Bir gün azərbaycanlı bir inşaatçını Amerikalı dostu qonaq çağırır.Həmin Amerikalı da inşaatçı imiş.Azərbaycanlı gedir Amerikalının evinə.Görür ki, bu xaricinin yaxşı imkanı,şəraiti var.Azərbaycanlı soruşur ki:
-Səndə bu cür şərait hardandı?
Xarici onu çağırır pəncərənin yanına və deyir:
-O binanı görürsən?Bax o binanı mən tikmişəm.O bina 100 000 dollara tikilməli idi.Amma mən qənaət etdim, körpünü 80 000 dollara tikdim.
Bir neçə aydan sonra bizim azərbaycanlı həmin xaricini Azərbaycana qonaq çağırır.Xarici gəlir görür ki, bunun şəraiti lap yaxşıdır.Tez soruşur ki:
-Sənin axı imkanın aşağı idi bu necə olub axı?
Azərbaycanlı çağırır pəncərənin yanına deyir:
-O binanı görürsən?
-Axı orda bina yoxdu
-Amma olmalı idi.


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 91 Bölmə: Azeri Letifeler