beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Yenə də bir gün

Yenə də bir gün Molla eşşəyini götürüb meşəyə odun qırmağa gedir.
Bir də baxır ki, əlləri yaman soyuyub. Yadına düşür ki, adam öləndə
qabaqca əli-ayağı soyuyar. Tez ayaqlarını yoxlayır. Görür ki, yox,
elə ayaqları da əməlli-başlı soyuyub. Fikirləşir ki: "deməli, mən ölmüşəm".
Arxasıüstə uzanır yerə, gözlərini də yumur.
Sahibsiz qalmış eşşək dolana-dolana girir ağaclıüa. Bu anda bir
neçə canavar eşşəyi görüb tökülürlər üstünə. Molla şıqqıltıya başını
qaldırıb görür ki, canavarlar kamali-qayda ilə eşşəyi yeyirlər. Molla
baxıb-baxıb deyir:
– Ax, ay köpək oğlunun canavarları... Olaydı Molla Nəsrəddin diri,
yeyəydiniz görəydim necə yeyərsiniz onun eşşəyini. Ölənin eşşəyini,
əlbəttə, yeyərlər.
molla Nesreddin


Tarix: 02.06.2013 / 16:33 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 130 Bölmə: Azeri Letifeler