beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün yoldaşlarından biri

Bir gün yoldaşlarından biri Mollanı bazarda ciyər qovurmasına qonaq
eləyir. Molla yeyib görür ki, çox ləzzətli xörəkdi. Ürəyində fikirləşir:
"heç insaf deyil ki, bu gözəllikdə xörəkdən bizim arvad yeməsin".
Ciyərçidən soruşur ki:
– Qardaş, bu ciyəri necə bişirirsən ki, belə dadlı olur?
Ciyərçi başalyır ciyəri necə bişirdiyini danışmağa. Molla görür,
yox, bu çox uzun oldu., yadında saxlaya bilməyəcək, ciyərçidən xahiş
eləyir ki, yazıb versin. Ciyərçi qaydanı bir parça kağıza yazıb verir
Mollaya.Molla kağızı qoyur cibinə, bir dənə də ciyər alıb, düşür yola.
Yolda, necə olursa, bir quş ciyəri Mollanın əlindən qapıb aparır.
Molla quşun dalınca baxıb deyir:
– Nahaq yerə zəhmət çəkmə, onu ləzzətlə yeyə bilməyəcəksən.
Ciyərçinin verdiyi kağız məndədi.


Tarix: 01.06.2013 / 19:41 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 100 Bölmə: Azeri Letifeler