Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Qəlbim

Məni məhv etməyə bir sözün yetər,
Vurmağa gərək yox, oxla qəlbimi.
Qəlbim ətir saçan sevgi gülüdür,
Gecikmə solmamış, qoxla qəlbimi.

Öpüb qoy qəlbinə, bu bir ürəkdir,
Suçsuz, günahsızdır, sanki mələkdir,
Gəl dəymə xətrinə yaman kövrəkdir,
Körpə bir uşaq tək, saxla qəlbimi.

Nə var ki, dünyada ölümdən asan,
Varikən sənsizlik, ayrılıq, hicran,
Qoyma ki, darıxa sənsiz bircə an,
Hər gecə röyanda, yoxla qəlbimi....


Tarix: 19.11.2013 / 04:04 Müəllif: Akhundoff Baxılıb: 169 Bölmə: Azeri Letifeler
loading...