beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir gün yenə də yolda eşşəyin tərsliyi tutur.

Bir gün yenə də yolda eşşəyin tərsliyi tutur. Molla nə qədər döyür,
nə qədər bizləyirsə, ayaqlarını götürmür ki, götürmür. Molla evə gəlib
arvada tapşırır:
– Arvad, o mənim atamı yandırıb. Gərək düz bir ay onu ac saxlayam.
Saman-zad versən, özün bil!
Arvad danlayır ki:
– A kişi, dəli olma! Eşşəyi ac saxlarsan ölər.
Qərəz... Bir çox dəlayildən sonra axır ki, Molla yumşalıb deyir:
– Yaxşı, arvad, apar saman ver, amma bilməsin ki, mən icazə vermişəm
ha... Ayağı yer alar.


Tarix: 02.06.2013 / 16:37 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 121 Bölmə: Azeri Letifeler