beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Bir məclisdə Mollanın əlinə güclə bir tar verirlər ki

Bir məclisdə Mollanın əlinə güclə bir tar verirlər ki, gərək çalasan.
Molla heç halını pozmadan tarı sinəsinə basıb, başlayır dınqıldatmağa.
Ancaq bir əlilə tarı dınqıldadır, o biri əlinin barmaqlarını isə tarın pərdəsinin
üstünə qoyub tərpətmir. Ona görə də heç bir şey çıxmır.
Axırda adamlardan biri deyir:
– Ay Molla, tarı belə çalmazlar. Gərək o biri əlinin barmaqları ilə
pərdələrin üstündə gəzəsən ki, hava çıxsın.
Molla deyir:
– Onu tar çalmağı bacarmayanlar elə pərdəni tapmaq üçün barmaqları
ilə axtarırlar. Mən tarı əlimə alcaq istədiyim pərdəni tapmışam.
Daha nə axtarım?


Tarix: 02.06.2013 / 16:15 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 114 Bölmə: Azeri Letifeler