beyaz.az

Haqqinda.az

Axtardığın haqqında - Hər gün yeni məlumat öyrən

Letifeler toplusu 3

Qız nişanlısına deyir
- Mən səninlə evlənə bilmərəm sən çox xəsissən. Al bu da sənin nişan üzüyün.
Oğlan isə cavabında deyir
- Bəs qutusu hanı?

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Bir gün meşədə heyvanlar bir yerə toplanırlar.
Şir deyir:
- İndi heyvanlar arasından gözəllər sağa, ağıllılar isə sola keçsinlər.
Elə şir bunu demişdi ki, heyvanların bir hissəsi sağa, bir hissəsi isə sola keçdilər. Birdən şir görd? ki,
meymun ortada durub.
Şir:
- Bəs sən niyə ortada durubsan?
Meymun:
- Nə, indi iki yerə bölünüm.

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

İki professor universitetdə söhbət edir:
- Əgər mən bir nəfərə 4 yazsam, bütün qrup məni əli üstünde gəzdirər.
O biri professor:
- Əgər mən kimə isə 3 yazsam, bütün qrup məni əli üstündə gəzdirər.
Dekan bu an içəri girir:
- Əgər sizin ikinizi də universitetdən qovsam, bütün fakültə məni əli üstündə gəzdirər.

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Bir gün kişi evə sərxoş halda gılir. Arvad qaplnl açanda üst - basının toz - torpaq olduğunu görüb deyinir. Utanmırsan ay kişi, qonşularln yanlnda biyabir olduq.
Kisi deyir: Arvad sən heç narahat olma! Məni heç kəs görə bilməz!
Arvad: Necə?
Kişi:Çünki, sürünə - sürünə gəlmişəm!

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Teatrın qarderobunda paltolarını alarkən arvad kişiyə hirslə:
-A kişi başın xarab olub, heç qarderobcuya da 2 manat verərlər?!
Kişi sakitce;
-Ay arvad, dinmə görək bax gör o mənə nə cür şuba verib.

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Qardaş:
-Mənim bacım dünya gözəlidi.
Bacı:
-Çay süzən deyiləm, Yalan yerə Tərifləmə.
-Ata bilir, rüblükdə 2-in var?
-Qaqaşım çay limonlu olsun yoxsa limonsuz?

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Dərslər söhbət edir:
-Niyə heç kim məni anlamır? İmaz: CƏBR
-Guya ki,mən səndən fərqliyəm? İmza: HƏNDƏSƏ
-Ölündə paxıllığıvızdan... İmza: BƏDƏN TƏRBİYƏ.

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Uşag satıcıya deyir: Niye himişe bayaca yumuytayay
veyiysiz mənə?
Satıcı: Daşımaq asan olsun deyə.Uşaq pulu satıcıya verir.Satıcı
pulun əskik olduğunu görür və
soruşur: Niyə pulu az verdin?
Uşaq: Saymaq asan oysun deyə :))

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

Oğlunun telefonuna zəng gələn ata oğlunun evdə olmadığını görub zəngə cavab verir..
Ata:Alo...
Zəng edən:ALA İt oğlu hardasan?
Ata:danışan İtin oğlu deyil Itin özüdür :))

_ - _ - _ - _ - _ - _ - _ - _ - _

-Ana su pulu gəlibeee 24 manat
- Gələr də gecə-gündüz kompyuterin qabağındasan
-Ana su puludu eee
-Kəs səsivi mənə cavab qaytarma :))

Bəyəndiniz?


Tarix: 25.03.2013 / 00:04 Müəllif: [Ram] Baxılıb: 834 Bölmə: Azeri Letifeler