Molla küçə ilə gedərkən bir nəfər
						Molla küçə ilə gedərkən bir nəfər onun börkünü başından götürüb
 qaçır. Molla baxır ki, ona çata bilməyəcək. Qayıdır birbaş yüyürür
 qəbiristanlıga. Bir daşın üstündə oturub başlayır gözləməyə. Bir nəfər
 soruşur:
 – Molla, sənin börkünü götürən bazara tərəf qaçdı, bəs sən buraya
 niyə gəlibsən?
 Molla deyir:
 – Sən işində ol! Bazara getməsin ki, lap göyə çıxsın, hara getsə,
 axırda bura gələcək.
Tarix: 31.05.2013 / 20:14 Müəllif: *_*M_O_N_I_K_A*_* Baxılıb: 137 Bölmə: Azeri Letifeler
loading...